https://sputnik.az/20220429/azersun-senaye-parkina-deyen-ziyani-sigorta-qarsilayacaq-441540816.html
"Azərsun Sənaye Parkı"na dəyən ziyanı sığorta qarşılayacaq
"Azərsun Sənaye Parkı"na dəyən ziyanı sığorta qarşılayacaq
Sputnik Azərbaycan
Burada satışa çıxarılmaq üçün nəzərdə tutulan 5-6 aylıq yağ ehtiyatı olduğu bildirilir. 29.04.2022, Sputnik Azərbaycan
2022-04-29T15:18+0400
2022-04-29T15:18+0400
2022-04-29T15:18+0400
"azersun holding" mmc
sığorta
hadisə
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1d/441533035_0:120:1280:840_1920x0_80_0_0_3d168488169b10bbc743f5c979ab4965.jpg
BAKI, 29 aprel — Sputnik.Ötən gün baş verən yanğında "Azərsun Sənaye Parkı"na dəymiş ziyanla bağlı bəzi detallar məlum olub.Sputnik Azərbaycan-ın "APA-Economics"ə istinadən məlumatına görə, yanğın əvvəlcə plastik qablar fabrikindən başlayıb. Daha sonra kərə yağlarının yığıldığı soyuducu anbara keçib. Burada satışa çıxarılmaq üçün nəzərdə tutulan 5-6 aylıq yağ ehtiyatı olub. Məlumata görə, fabrik bir neçə aydır ki, bu anbarı doldurmaq üçün çalışırmış. Təkcə yağ anbarında yanan məhsullarla bağlı dəyən ziyanın isə on milyon manatlarla ölçüldüyü deyilir. Bildirilir ki, anbardakı yağ məhsulları təkcə yerli bazar üçün deyil, həm də xaricə ixrac üçün nəzərdə tutulubmuş."Plastik qablar fabriki yeni yaradılmış müəssisə idi və tam gücü ilə işləmirdi. Əsas zərər yağın istehsal edildikdən sonra ilk daxil olduğu əsas anbarla bağlıdır. Təkcə məhsula dəyən ziyan 20-30 milyon manat həcmində ola bilər. Amma dəyən ziyan təkcə məhsulla ölçülmür, orda istehsal avadanlıqlarına ziyan dəyib. Bundan əlavə, əsas depolama anbarlarından biri sıradan çıxıb. Yəni, alternativ depolama yeri yaradılmalıdır. Bu, özü də böyük xərc tələb edir".Qeyd edək ki, sənaye parkı daşınmaz əmlakın icbari sığortası, danışmaz əmlakın mülki məsuliyyətinin icbari sığortası və yanan məhsullar isə əmlak sığortası üzrə "Azərbaycan Sənaye Sığorta" Şirkətində sığortalanıb. Dəyən ziyan sığorta şirkəti tərəfindən qarşılanacaq. "Azərbaycan Sənaye Sığorta" Şirkətinin İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Şəfəq Nəcəfova məlumat verib ki, sənaye parkında ziyan dəymiş əmlaklar və yanan məhsullar sığortalı olub. Ş.Nəcəfova deyib ki, hazırda dəyən ziyanın hesablanması prosesi gedir. Dəyən zərərin ümumi həcmi hesablandıqdan sonra ödəniş həyata keçiriləcək.Aprelin 28-də saat 18 radələrində Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı”nın ərazisində yanğın başlayıb. Yanğın aprelin 29-da saat 08:24-də söndürülüb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220428/azersun-senaye-parkinda-yangin-bas-verib-441526135.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1d/441533035_0:0:1280:960_1920x0_80_0_0_971bda77e14e65b4be724ac26d833441.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
"azersun holding" mmc, sığorta
"azersun holding" mmc, sığorta
"Azərsun Sənaye Parkı"na dəyən ziyanı sığorta qarşılayacaq
Burada satışa çıxarılmaq üçün nəzərdə tutulan 5-6 aylıq yağ ehtiyatı olduğu bildirilir.
BAKI, 29 aprel — Sputnik.
Ötən gün baş verən yanğında "Azərsun Sənaye Parkı"na dəymiş ziyanla bağlı bəzi detallar məlum olub.
Sputnik Azərbaycan-ın "APA-Economics"ə istinadən məlumatına görə, yanğın əvvəlcə plastik qablar fabrikindən başlayıb. Daha sonra kərə yağlarının yığıldığı soyuducu anbara keçib. Burada satışa çıxarılmaq üçün nəzərdə tutulan 5-6 aylıq yağ ehtiyatı olub. Məlumata görə, fabrik bir neçə aydır ki, bu anbarı doldurmaq üçün çalışırmış. Təkcə yağ anbarında yanan məhsullarla bağlı dəyən ziyanın isə on milyon manatlarla ölçüldüyü deyilir. Bildirilir ki, anbardakı yağ məhsulları təkcə yerli bazar üçün deyil, həm də xaricə ixrac üçün nəzərdə tutulubmuş.
"Plastik qablar fabriki yeni yaradılmış müəssisə idi və tam gücü ilə işləmirdi. Əsas zərər yağın istehsal edildikdən sonra ilk daxil olduğu əsas anbarla bağlıdır. Təkcə məhsula dəyən ziyan 20-30 milyon manat həcmində ola bilər. Amma dəyən ziyan təkcə məhsulla ölçülmür, orda istehsal avadanlıqlarına ziyan dəyib. Bundan əlavə, əsas depolama anbarlarından biri sıradan çıxıb. Yəni, alternativ depolama yeri yaradılmalıdır. Bu, özü də böyük xərc tələb edir".
Qeyd edək ki, sənaye parkı daşınmaz əmlakın icbari sığortası, danışmaz əmlakın mülki məsuliyyətinin icbari sığortası və yanan məhsullar isə əmlak sığortası üzrə "Azərbaycan Sənaye Sığorta" Şirkətində sığortalanıb. Dəyən ziyan sığorta şirkəti tərəfindən qarşılanacaq. "Azərbaycan Sənaye Sığorta" Şirkətinin İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Şəfəq Nəcəfova məlumat verib ki, sənaye parkında ziyan dəymiş əmlaklar və yanan məhsullar sığortalı olub. Ş.Nəcəfova deyib ki, hazırda dəyən ziyanın hesablanması prosesi gedir. Dəyən zərərin ümumi həcmi hesablandıqdan sonra ödəniş həyata keçiriləcək.
Aprelin 28-də saat 18 radələrində Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı”nın ərazisində yanğın başlayıb. Yanğın aprelin 29-da saat 08:24-də söndürülüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.