Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan, 1920
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Bir ananın müalicəsi üçün toplanan pulu oğurlayan adamları anlamaqda çətinlik çəkirəm...

© Sputnik / Murad OrujovManatla dolu banka
Manatla dolu banka - Sputnik Azərbaycan, 1920, 22.06.2022
Abunə olmaq
Özünü xeyriyyəçi kimi tanıdıb, başqasının taleyi üzərindən oyun qurub, insanları aldadanları, cibini dolduranları görəndə təəssüf edirəm.
BAKI, 22 iyun — Sputnik. Xeyriyyəçilik və yardım toplamaq haqda iki əhvalat...
May 2022, ABŞ
Amerikalı Perri Saens və rəfiqəsi Menni adlı, psixaloji gərginlik və depressiyadan əziyyət çəkən baristanın (espresso hazırlayan barmen) həyatını yaxşılığa doğru dəyişməyə qərar verir. Təsadüfən, Menninin işlədiyi məkandan kofe sifariş verən qızlar baristanın gözlərindəki ümidsizliyi və kədəri fərq edib, onunla söhbətə girişir. Menni qızlara depresiyada olduğunu, universitetə gedib gəlmək üçün maşın almaq istədiyini və bu məqsədlə pul toplamağa çalışdığını bildirir. Qızlar – xüsusilə Perri – onunla yenidən görüşmək istədiklələrini bildirir.
Menni məşhur bir kafedə barista işləyən və depressiya ilə mücadilə aparan adi gəncdir. Bəzi günlər yataqdan belə qalxmaq istəmir, ümidsiz halda yaşayır. O bütün yaxşılıqlara ümidini itirdiyi anda Perri və rəfiqəsi peyda olur, onun niyə kədərli olduğunu və şəxsi həyatında hansı əlçatmaz arzusu olduğunu xəbər alırlar. Menninin elə də qlobal problemi yoxdur, bəlkədə çox adi məsələdir. Onun depressiyadan xilas olmağa və dərsə gedib-gəlmək üçün 1000 dollar dəyərində, ucuzvari avtomobilə ehtiyacı var.
© © Фото: FB / /shirucafe301Qəhvəxana, arxiv şəkli
Кофейня Shiru - Sputnik Azərbaycan, 1920, 21.06.2022
Qəhvəxana, arxiv şəkli
Perri və rəfiqəsi vaxt itirmədən işə girişir. Növbəti gün qızlar min dolları toplayıb, bir gül buketi ilə Menninin işlədiyi kafeyə gəlirlər.

O gün həyatının dəyişəcəyindən xəbərsiz olan Menni yuxudan oyanıb işə getmədən uzun-uzadı intihar haqqında düşünübmüş...

Perri və rəfiqəsi gənc baristanın həyatını dəyişməyi bacarır. Həyatı boyu heç kəsdən gül buketi almayan Menni, qızların təqdim etdiyi gül buketini qəbul edəndə göz yaşlarını saxlaya bilmir. Perrinin paylaşımı diqqət çəkir.
TikTok fenomeni Charlie Rocketin və onun yaratdığı xeyriyyə fondunun sayəsində Menni üçün əvvəlcə arzuladığı məbləği dərhal toplayan qızlar, daha sonra Menniyə daha yaxşı avtomobil almaq üçün özlərinə 15 min dollar pul toplamağı hədəf qoyurlar.
Qısa vaxtda 30 min dollardan artıq pul toplanır. İfaçı və mahnı mətnlərinin yazarı olan Perri Saens başqalarının həyatı üçün göstərdiyi diqqətlə gündəmə gəlir. Onun Menni ilə olan videosu 30 milyondan çox izlənir.
***
İyun 2022, Azərbaycan
Xərçəng xəstəliyindən əziyyət çəkən gənc bir ananı xilas etmək üçün sosial şəbəkələrdə bir kampaniya başlayır. Xanım əvvəlcə sosial şəbəkələrdə öz hesabından xəstəliyi ilə bağlı bir çağırış paylaşır, sonra qayınanası bu müraciəti ictimailəşdirir. Qısa vaxtda bəzi yazıçılar, şairlər, jurnalistlər hətta xalq artistlərindən biri kampaniyaya qoşularaq dəstək çağırışları edir.
Xəstəliklə savaşan, depressiyadan əziyyət çəkən, həssas xanım hər manat üçün təşəkkür edir, bu durumda olduğundan utandığını ifadə edir. Prosesin birinci 24 saatı hər şey normal davam edir.
© Depositphotos.com / Photographee.euİki qadın əli və dərman, arxiv şəkli
Две женские руки рядом с лекарствами - Sputnik Azərbaycan, 1920, 21.06.2022
İki qadın əli və dərman, arxiv şəkli
Gün ərzində xanımla və həyat yoldaşı ilə məsləhətləşib, kampaniyanı bir qədər fərqli formada davamına qərar veririk. Proses ürəkaçandır. Pul toplanır, ümid artır. Sosial şəbəkələrin bu faydalı tərəfini çox bəyənirəm. İnsanlar bir-birinə yardım etməyə, dəstək olmağa çalışır. Günün sonuna doğru toplanan məbləğ, ehtiyac olan məbləğin təxminən beşdə biri qədərdir.

“Uzağı bir həftəyə bu məsələ həllini tapacaq” – ümidi ilə sevinməyə hazırlaşırdım ki, xərçəng xəstəliyindən əziyyət çəkən xanımın həyat yoldaşının(!) toplanan pulu götürüb aradan çıxdığını oxuyuram...

Xanımın fəryad dolu paylaşımları mənə hədsiz dərəcədə pis təsir edir. Yadelli Perrinin tanımadığı adam üçün etdiyi canyananlıqla, övladlarının anasını ölümə tərk edən həmvətənim barədə düşünüb dərin ümidsizliyə qapılıram.
***
Sonra nə baş verib, bilmirəm. Çünki artıq əsəblərim bu gedşata dözmədiyi üçün uzun müddət sosail şəbəkə hesablarıma baxmadım. Pərt oldum, utandım, vicdan əzabı çəkdim...
Məhz bu şeylərə görə dəstək, yardım kampaniyası keçirənlərə əksərən inanmıram. Dünyanın harasında olursa olsun, bu cür kampaniyaların içində haramlıq, kəmfürsətlik gizlənir. Çox qəribədir, “xeyriyyəçi”lərin əksəriyyəti bahalı evlərdə yaşayıb, lyüks avtomobillər sürür, sürətlə sərvət toplamağa başlayırlar. Çox qəribədir, çox.
Real, həqiqi, gerçək yardımsevərlər, xeyriyyəçilər tanıyıram
Dostlarımdan biri (tanınmış insan olduğu üçün, adını çəkmirəm) illərdir ətrafında olan ehtiyac sahiblərinə yardım edir. Və bunu çox ehtiyatla, “gözə soxmadan” reklamsız, heç kəsə demədən, öz halal qazancından edir. Heç bir müsahibəsində, heç bir məclisdə bu barədə danışmır. Sadəcə bu xeyriyyəçiliyi, paylaşmağı həyat tərzinə çevirib.
© Sputnik / Elvin AhmadƏmzik və pul, arxiv şəkli
Пустышка и манаты, фото из архива - Sputnik Azərbaycan, 1920, 21.06.2022
Əmzik və pul, arxiv şəkli
Başqa bir dostum bütün karantin boyu yardım kampaniyalarını izləyib, ehtiyacı olanlara gizlincə yarım edirdi. Pandemiya başlayar, başlamaz düşünmədən, tərəddüd etmədən öz qazancından Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardım etdi. Bu dostum da ətrafındakı insanlar üçün o qədər can yandırır, əlində-ovcunda olanı çəkinmədən elə baylaşır ki, bəzən heyrət edirəm.
Yəni mən bu insanların sayəsində yardımsevərliyə, xeyriyyəçiliyə inanıram. Ölkəmizdə bunun gözəl nümunələri var, yenə də olacaq.
Ancaq mən övladlarının anasının müalicəsi üçün toplanan pulu oğurlayan adamları anlamaqda çətinlik çəkirəm...
Mən özünü xeyriyyəçi kimi tanıdıb, başqasının taleyi üzərindən oyun qurub, insanları aldadanları, cibini dolduranları görəndə təəssüf edirəm.
***
Yazının əvvəlində Perri Saensın əhvalatını ona görə xatırladım ki, insanların həyatında müsbət rol oynamağın mümkünlüyünə inamımızı itirməyək. Eyni zamanda çalışaq hər “xeyriyyəçi”yə inanıb, tələyə düşməyək, ləyaqətsiz insanların cibini doldurmayaq. Bəli, bölüşmək, paylaşmaq, yardımlaşmaq gözəldir. Yaşadığımız müddətcə bu gözəlliklərdən zövq almalı, dünyanı daha gözəl bir yerə çevirməliyik.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0