Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Emin Balayev Qazaxıstan klubu ilə yollarını ayırıb

© Sputnik / Murad OrujovEmin Balayev
Emin Balayev - Sputnik Azərbaycan, 1920, 20.06.2022
Abunə olmaq
Rusiyalı məşhur məşqçi Valeri Qazzayevin oğlu Türküstan təmsilçisindən ayrılınca, yığmamızın üzvünün klubdakı vəziyyəti dəyişib.
BAKI, 20 iyun — Sputnik. Son vaxtlar transfer bazarında fəallıq göstərən "Səbail" növbəti keçidə imza atıb. "Sportinfo" xəbər verir ki, Bayıl klubu Azərbaycan yığmasının qapıçısı Emil Balayevi 4 illik aradan sonra geri qaytarıb.
Bu ilin əvvəlində "Turan-Türküstan"la 1,5 illik müqavilə imzalayan qapıçı Qazaxıstan klubu ilə yollarını ayırıb. Kontrakt qarşılıqlı razılaşma əsasında pozulub.
Balayev 2018-ci ildə "Səbail"dən "Tobol"a keçmişdi. Həmin vaxt onu ora Vladimir Qazzayev aparmışdı. O, həmçinin Emilin "Turan"a gəlişinin də səbəbkarıdır.
Rusiyalı məşhur məşqçi Valeri Qazzayevin oğlu Türküstan təmsilçisindən ayrılınca, yığmamızın üzvünün buradakı vəziyyəti dəyişdi. O, ötən müddət ərzində "Turan"da demək olar oynamaq şansı qazanmadı, cəmi 1 dəfə meydana çıxdı.
Balayev 2020-ci ilin yanvarında "Tobol"u "Zirə"yə dəyişmişdi. Həmin ilin yayında isə ikinci dəfə "Qarabağ"a dönmüşdü.
Gəl ki, Ağdam təmsilçisinin bu dönüşü də uğurlu alınmadı, o, Şahruddin Məhəmmədəliyevin kölgəsində qaldı.
İndi isə o, özünü "Səbail"də sübut etməlidir. Bunun üçün onunla birillik müqavilə imzalanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0