https://sputnik.az/20220618/bakida-coxmertebeli-binanin-lifti-qirilib-xesaret-alanlar-var-443066380.html
Liftin qırılması nəticəsində yaralananların adları məlumdur
Liftin qırılması nəticəsində yaralananların adları məlumdur
Sputnik Azərbaycan
Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır. 18.06.2022, Sputnik Azərbaycan
2022-06-18T13:00+0400
2022-06-18T13:00+0400
2022-06-18T13:00+0400
hadisə
lift
https://cdnn1.img.sputnik.az/img/41038/40/410384056_0:45:1001:608_1920x0_80_0_0_ad3a0cb8ecb794a999a8dfc787b9158e.jpg
BAKI, 18 iyun - Sputnik. Ötən gecə Bakı şəhər Nizami rayonu Özbəkistan küçəsi 1 ünvanında “Yeni Ev 7” MTK-nın tikdiyi 17 mərtəbəli binada liftin qırılaraq şaxtaya düşməsi nəticəsində xəsarət alanların kimliyi məlum olub. Liftin 4-cü mərtəbədə olarkən zərbə ilə şaxtaya çırpılması nəticəsində yaralanan şəxslər bunlardır: 1968-ci il təvəllüdlü Afidə Heydərova - sol baldır sümüyünün sınığı, bel nahiyəsinin əziyi; 1960-cı il təvəllüdlü Tənzilə Süleymanova - sol ayağının sınığı, onun nəvəsi, 2009-cu il təvəllüdlü Leyla Səfərova - sol bud sümüyünün sınığı; 1980-ci il təvəllüdlü Yeganə Hacıyeva - topuq sümüyünün sınığı, onun övladı, 2007-ci il təvəllüdlü Cəlil Hacıyev - sol qol nahiyəsinin əziyi; 1960-cı il təvəllüdlü Sevinc Rəsulova - bel-omba nahiyəsinin əziyi. Yaralılar xəstəxanaya yerləşdirilib və onlara tibbi yardım göstərilib.Bakıda çoxmərtəbəli binanın liftinin qırılması nəticəsində yaralananların vəziyyəti açıqlanıb.Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, xəsarət alanlardan dördü bel, bud-çanaq və aşağı ətrafların travması diaqnozu ilə 3 saylı Kliniki Şəhər Xəstəxanasında hospitalizasiya olunub: “Bir nəfər isə tibb müəssisəsinə getməkdən imtina edib”.***Bakıda çoxmərtəbəli binanın lifti qırılıb, xəsarət alanlar var."Report"un xəbərinə görə, hadisə iyunun 17-si saat 22 radələrində paytaxtın Nizami rayon ərazisində yerləşən “Yeni Ev 7” MTK-ya məxsus çoxmərtəbəli binada qeydə alınıb.Belə ki, hərəkətdə olan lift qırılaraq şaxtaya çarpılıb. Nəticədə liftin içərisində olan 4 qadın və 2 azyaşlı ağır xəsarətlər alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.Baş Prokurorluğun Mətbuat Xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.
https://sputnik.az/20200921/bakida-yeni-liftler-qurashdirilan-binalarda-da-liftler-ishlemir-424983417.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41038/40/410384056_41:0:930:667_1920x0_80_0_0_54a3853c2d5ce73cab955d9ad32b9316.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
lift
Liftin qırılması nəticəsində yaralananların adları məlumdur
Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.
BAKI, 18 iyun - Sputnik. Ötən gecə Bakı şəhər Nizami rayonu Özbəkistan küçəsi 1 ünvanında “Yeni Ev 7” MTK-nın tikdiyi 17 mərtəbəli binada liftin qırılaraq şaxtaya düşməsi nəticəsində xəsarət alanların kimliyi məlum olub.
Liftin 4-cü mərtəbədə olarkən zərbə ilə şaxtaya çırpılması nəticəsində yaralanan şəxslər bunlardır:
1968-ci il təvəllüdlü Afidə Heydərova - sol baldır sümüyünün sınığı, bel nahiyəsinin əziyi; 1960-cı il təvəllüdlü Tənzilə Süleymanova - sol ayağının sınığı, onun nəvəsi, 2009-cu il təvəllüdlü Leyla Səfərova - sol bud sümüyünün sınığı; 1980-ci il təvəllüdlü Yeganə Hacıyeva - topuq sümüyünün sınığı, onun övladı, 2007-ci il təvəllüdlü Cəlil Hacıyev - sol qol nahiyəsinin əziyi; 1960-cı il təvəllüdlü Sevinc Rəsulova - bel-omba nahiyəsinin əziyi.
Yaralılar xəstəxanaya yerləşdirilib və onlara tibbi yardım göstərilib.
Bakıda çoxmərtəbəli binanın liftinin qırılması nəticəsində yaralananların vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, xəsarət alanlardan dördü bel, bud-çanaq və aşağı ətrafların travması diaqnozu ilə 3 saylı Kliniki Şəhər Xəstəxanasında hospitalizasiya olunub: “Bir nəfər isə tibb müəssisəsinə getməkdən imtina edib”.
Bakıda çoxmərtəbəli binanın lifti qırılıb, xəsarət alanlar var.
"Report"un xəbərinə görə, hadisə iyunun 17-si saat 22 radələrində paytaxtın Nizami rayon ərazisində yerləşən “Yeni Ev 7” MTK-ya məxsus çoxmərtəbəli binada qeydə alınıb.
Belə ki, hərəkətdə olan lift qırılaraq şaxtaya çarpılıb. Nəticədə liftin içərisində olan 4 qadın və 2 azyaşlı ağır xəsarətlər alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.
Baş Prokurorluğun Mətbuat Xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.