Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Karateçilərimiz Avropa çempionatında mübarizəyə başlayırlar

© AP Photo / Eugene HoshikoKarateçilər, arxiv şəkli
Karateçilər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.06.2022
Abunə olmaq
Bu gün Çexiyanın paytaxtı Praqada yeniyetmə və gənc karateçilərin 49-cu Avropa çempionatında 14-15, 16-17 yaşlı gənclər və 21 yaşadək gənclərin yarışına start veriləcək.
BAKI, 17 iyun — Sputnik. Bu gün Çexiyanın paytaxtı Praqada yeniyetmə və gənc karateçilərin 49-cu Avropa çempionatı start götürəcək.
17-19 iyun tarixlərində keçiriləcək yarışın ilk günü kata üzrə bütün yaş qrupları və kumite üzrə 14-15 yaşlı yeniyetmələrin ilkin nəticələri məlum olacaq.
Oxu.az xəbər verir ki, kata çıxışlarında Turan Əhmədzadə və Ramilə Heydərova (14-15 yaşlı yeniyetmələr) və Həsənəli Həsənov (21 yaşadək gənclər), kumite yarışında isə Fərid Hacızadə (-52 kq), Alsan Dostuyev (-57 kq), Mirzə Həmidbəyli (-63 kq), Rəşid Süleymanov (-70 kq), Rahib Əzim (+70 kq), Fatimə Məmmədova (-47 kq), Səbinə Fərzəli (-54 kq) və Sofiya Hüseynli (+54 kq) mübarizə aparacaqlar.
16-17 yaşlı gənclər və 21 yaşadək gənclərin ilkin yarışları sabah, bütün yaş dərəcələri üzrə medal görüşləri isə bazar günü keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0