https://sputnik.az/20220613/finlandiya-svec-olmadan-nato-ya-daxil-olmayacaq-442865420.html
Finlandiya İsveç olmadan NATO-ya daxil olmayacaq
Finlandiya İsveç olmadan NATO-ya daxil olmayacaq
Sputnik Azərbaycan
Finlandiya prezidenti Sauli Niinistö: Biz İsveçlə əl-ələ verib irəliləyirik 13.06.2022, Sputnik Azərbaycan
2022-06-13T18:25+0400
2022-06-13T18:25+0400
2022-06-13T18:35+0400
finlandiya
dünya xəbərləri
isveç
nato
https://cdnn1.img.sputnik.az/img/07e6/06/0d/442865265_0:0:3070:1728_1920x0_80_0_0_821a382c70fe5eef7212beeb4b72dfa5.jpg
BAKI, 13 iyun — Sputnik. İsveç olmadan Finlandiya NATO-ya üzv olmayacaq.Bu barədə Finlandiya prezidenti Sauli Niinistö, Helsinkidəki mətbuat konfransında jurnalistlərə bildirib.Helsinkidə NATO-nun baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında Niinistö bunları deyib: "Mən sonuncu dəfə İsveçə səfər edəndə bunu çox açıq şəkildə söylədim. İsveçdə deyirlər ki, Fin məsələsi bizim işimizdir. Eyni şəkildə İsveç məsələsi də bizim işimizdir, bu da o deməkdir ki, biz əl-ələ verib irəliləyirik".O qeyd edib ki, Türkiyənin Finlandiyanın NATO-ya daxil olmasına etiraz etməsi onun üçün sürpriz olub."Türkiyənin mövqeyi məni təəccübləndirdi, lakin biz onun narahatlığını ifadə etdiyi mövzuları ciddi qəbul etməliyik," - deyən Finlandiya lideri "hər kəsə uyğun bir həll tapmağın mümkün olacağına" ümid etdiyini bildirib.Stoltenberq, öz növbəsində, Türkiyənin tələblərindən danışaraq deyib: "Bunlar haqlı narahatlıqlardır, biz terrordan danışırıq, biz silah ixracından danışırıq".Onun sözlərinə görə, "xatırlamaq və anlamaq lazımdır ki, heç bir NATO müttəfiqi Türkiyədən daha çox terror hücumuna məruz qalmayıb".Finlandiya və İsveç mayın 18-də NATO-ya üzv olmaq üçün müraciət ediblər. Lakin Türkiyə hazırda bu müraciətlərə baxılmasını əngəlləyir. Ankaranın Skandinaviya ölkələrinə qarşı bir sıra iddiaları var: xüsusən də onları Türkiyədə terrorçu sayılan kürd qruplaşmalarını dəstəkləməkdə ittiham edir.
https://sputnik.az/20220612/finlandiya-ve-svecin-nato-ya-qebulu-turkiyenin-etirazina-gore-gecikdirilir---stoltenberq-442847731.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/0d/442865265_243:0:2974:2048_1920x0_80_0_0_e6448b049ca88b9bfffa6b2e201bc492.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
finlandiya, isveç, nato
Finlandiya İsveç olmadan NATO-ya daxil olmayacaq
18:25 13.06.2022 (Yenilənib: 18:35 13.06.2022) Finlandiya prezidenti Sauli Niinistö: Biz İsveçlə əl-ələ verib irəliləyirik
BAKI, 13 iyun — Sputnik. İsveç olmadan Finlandiya NATO-ya üzv olmayacaq.
Bu barədə Finlandiya prezidenti Sauli Niinistö, Helsinkidəki mətbuat konfransında jurnalistlərə bildirib.
Helsinkidə NATO-nun baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında Niinistö bunları deyib: "Mən sonuncu dəfə İsveçə səfər edəndə bunu çox açıq şəkildə söylədim. İsveçdə deyirlər ki, Fin məsələsi bizim işimizdir. Eyni şəkildə İsveç məsələsi də bizim işimizdir, bu da o deməkdir ki, biz əl-ələ verib irəliləyirik".
O qeyd edib ki, Türkiyənin Finlandiyanın NATO-ya daxil olmasına etiraz etməsi onun üçün sürpriz olub.
"Türkiyənin mövqeyi məni təəccübləndirdi, lakin biz onun narahatlığını ifadə etdiyi mövzuları ciddi qəbul etməliyik," - deyən Finlandiya lideri "hər kəsə uyğun bir həll tapmağın mümkün olacağına" ümid etdiyini bildirib.
Stoltenberq, öz növbəsində, Türkiyənin tələblərindən danışaraq deyib: "Bunlar haqlı narahatlıqlardır, biz terrordan danışırıq, biz silah ixracından danışırıq".
Onun sözlərinə görə, "xatırlamaq və anlamaq lazımdır ki, heç bir NATO müttəfiqi Türkiyədən daha çox terror hücumuna məruz qalmayıb".
Finlandiya və İsveç mayın 18-də NATO-ya üzv olmaq üçün müraciət ediblər. Lakin Türkiyə hazırda bu müraciətlərə baxılmasını əngəlləyir. Ankaranın Skandinaviya ölkələrinə qarşı bir sıra iddiaları var: xüsusən də onları Türkiyədə terrorçu sayılan kürd qruplaşmalarını dəstəkləməkdə ittiham edir.