DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Finlandiya və İsveçin NATO-ya qəbulu Türkiyənin etirazına görə gecikdirilir - Stoltenberq

© AFP 2024 / JOHN THYS NATO-nun baş katibi Yens Stoltenberq

NATO-nun baş katibi Yens Stoltenberq - Sputnik Azərbaycan, 1920, 12.06.2022
Abunə olmaq
NATO-nun baş katibi Yens Stoltenberq deyib ki, 28-30 iyunda keçiriləcək Madrid sammiti Finlandiya və İsveçi Alyansa qəbul etmək üçün son tarix deyil.
BAKI, 12 iyun - Sputnik. NATO 28-30 iyunda keçiriləcək Madrid sammitini quruma Finlandiya və İsveçi qəbul etmək üçün son tarix kimi görmür.
Bunu təşkilatın baş katibi Yens Stoltenberq Finlandiya prezidenti Sauli Niinistö ilə Helsinkidə keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, hər iki ölkənin qəbulu Türkiyənin etirazları səbəbindən gecikdirilir.
Soltenberq jurnalistlərin NATO-nun Türkiyənin iki ölkəni qəbul etməsi ilə bağlı etirazlarının sammitə kimi aradan qaldıra bilməyəcəyi ilə bağlı suallarına belə cavab verib:
"Biz Madrid zirvəsini İsveç və Finlandiyanın qoşulması üçün son tarix kimi görmürük".
Prezident Rəcəb Tayyib Ərdoğan deyib ki, Türkiyə İsveç və Finlandiyadan NATO-ya qoşulmaq üçün "lazımi addımlar" gözləyir. Ankara indiyə qədər terroru dəstəkləmiş ölkələrin Alyansa qoşulmasına etiraz edir.
"Türkiyə istəyir ki, bu dövlətlər NATO üzvləri tərəfindən həyata keçirilən terrorla mübarizə əməliyyatlarına dəstək versinlər. Terror bütün üzv dövlətlər üçün təhlükədir və namizəd ölkələr təşkilata daxil olmamışdan öncə bu faktı qəbul etməlidirlər. Əgər onlar lazımi addımları atmasalar, Türkiyə bu məsələdə mövqeyini dəyişməyəcək", - Türkiyə prezidenti "The Economist" jurnalında yayımlanmış məqaləsində bildirib.
Finlandiya və İsveç alyansa qoşulmaq üçün mayın 18-də Ukraynada baş verən hadisələr fonunda NATO-nun baş katibi Yens Stoltenberqə ərizə verib. Türkiyə bu müraciətlərə baxılması prosesinin başlamasını əngəlləyib.
Türkiyə prezidenti deyib ki, Ankara Finlandiya və İsveçin NATO-ya üzvlüyünə "hə" deyə bilməz, çünki onların Türkiyədə qadağan olunmuş PKK-nın nümayəndələri ilə münasibətləri barədə verdiyi vədlərə inana bilmir. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, ölkənin İsveç və Finlandiya ilə bu ölkələrin terrorizmə dəstəyini dayandırması üçün konkret addım atacağı ilə bağlı yazılı razılaşmaya ehtiyacı var.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0