https://sputnik.az/20220613/en-cox-bahalasan-erzaqlar---cedvel-442873101.html
Ən çox bahalaşan ərzaqlar - CƏDVƏL
Ən çox bahalaşan ərzaqlar - CƏDVƏL
Sputnik Azərbaycan
Azərbaycanda ən çox bahalaşan və ən çox ucuzlaşan ərzaq məhsulları bəlli olub. May ayında qida məhsulları 21 faiz bahalaşıb 13.06.2022, Sputnik Azərbaycan
2022-06-13T20:38+0400
2022-06-13T20:38+0400
2022-06-13T20:38+0400
ərzaq
iqtisadiyyat
bahalaşma
inflyasiya
https://cdnn1.img.sputnik.az/img/42345/59/423455944_0:0:3082:1734_1920x0_80_0_0_3beaddcf7de3880fa8fdf8431644a97f.jpg
BAKI, 13 iyun — Sputnik. Son bir ildə Azərbaycanda qida məhsulları 21 faiz bahalaşıb.Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin may ayında aprel ayına görə ərzaq qiymətləri 1 faiz, ötən ilin mayına görə isə 21 faiz qalxıb.Cari ilin 5 ayında ötən ilin müvafiq dövrünə nisbətən ərzaq qiymətləri 18,5 faiz yüksəlib.Ən çox bahalaşma meyvələrdə olubMay ayında əvvəlki aya nisbətən ərzaq məhsulları içərisində ən çox bahalaşma meyvələrdə (7 faiz) qeydə alınıb. İkinci sırada 2 faiz bahalaşma ilə kərə və bitki yağları gəlir. Üçüncü sırada 1,1 faiz yüksəlmə ilə qənd, cem, bal, şokolad və konfetlər yer tutub.Bahalaşmada sonrakı yerlərdə mineral sular, sərinləşdirici içkilər və şirələr (1 faiz), süd və süd məhsulları (0,9 faiz), çörək, çörək məmulatları və yarmalar, spirtli içkilər (0,8 faiz), ət və ət məhsulları (0,5 faiz), çay, qəhvə, kakao (0,3 faiz), balıq və balıq məhsulları (0,2 faiz) gəlir.Ən çox ucuzlaşan yumurta olubMay ayında ərzaq məhsulları içərisində ucuzlaşma da qeydə alınıb. Məsələn, toyuq yumurtası 8,4 faiz ucuzlaşıb. Davamlı şəkildə bahalaşan tərəvəzlər də 1,6 faiz ucuzlaşıb. Ən çox ucuzlaşma yumurtada qeydə alınıb. 13-14 qəpiyə satılan ağ toyuq yumurtası may ayında 8-9 qəpiyə düşüb.Qeyd edək ki, bu ilin yanvar-may aylarında ötən ilin müvafiq dövrünə nəzərən istehlak qiymətləri 12,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları 17,9 faiz qalxıb.Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin may ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma makaron məmulatlarının, vaflinin, peçenyenin, manna yarmasının, unun, toyuq ətinin, kolbasa məmulatlarının, balıq konservlərinin, xamanın, qatılaşdırılmış şəkərli südün, pendirin, kərə və bitki yağlarının, almanın, armudun, limonun, çuğundurun, yerkökünün, kartofun, şəkər və şəkər tozunun, konfetlərin, qəhvə və kakao tozunun, mineral suların, meyvə şirəsinin, limonadın, pivənin, arağın, ucuzlaşma isə əsasən yumurtanın, bananın, çiyələyin, xiyarın, pomidorun, kələmin, soğanın, sarımsağın, göy lobyanın qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.Dünyada ərzaq bahalaşırXatırladaq ki, illik ərzaq inflyasiyasının tempinin yüksək səviyyədə qalması dünyada ərzaq məhsullarının bahalaşmaqda davam etməsindən əhəmiyyətli təsirlənir. Mərkəzi Banka görə, dünyada ərzaq məhsulları istehsalının daralması, bəzi ölkələrdə ərzaq ixracının qeyri-müəyyən dövrə qadağan olması qlobal ərzaq qiymətlərinə artırıcı təsir göstərən amillərdəndir.Ölkədə həyata keçirilən antiinflyasiya tədbirləri çərçivəsində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ərzaq bazarında antiinhisar qanunvericiliyinin tələblərinə əməl edilməsinə nəzarət məqsədilə araşdırmaları davam etdirir. Ötən ay araşdırma zamanı uzun düyü və qarabaşaq bazarında bir çox təsərrüfat subyektləri tərəfindən antiinhisar qanunvericiyilinin pozulması əlamətləri aşkar olunub.
https://sputnik.az/20220119/bahalasan-mehsullar---syahi-vdeo-438302109.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42345/59/423455944_187:0:2918:2048_1920x0_80_0_0_2d49597bb42e2851afef805331e9dd43.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
ərzaq, bahalaşma, inflyasiya
ərzaq, bahalaşma, inflyasiya
Ən çox bahalaşan ərzaqlar - CƏDVƏL
Azərbaycanda ən çox bahalaşan və ən çox ucuzlaşan ərzaq məhsulları bəlli olub. May ayında qida məhsulları 21 faiz bahalaşıb
BAKI, 13 iyun — Sputnik. Son bir ildə Azərbaycanda qida məhsulları 21 faiz bahalaşıb.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin may ayında aprel ayına görə ərzaq qiymətləri 1 faiz, ötən ilin mayına görə isə 21 faiz qalxıb.
Cari ilin 5 ayında ötən ilin müvafiq dövrünə nisbətən ərzaq qiymətləri 18,5 faiz yüksəlib.
Ən çox bahalaşma meyvələrdə olub
May ayında əvvəlki aya nisbətən ərzaq məhsulları içərisində ən çox bahalaşma meyvələrdə (7 faiz) qeydə alınıb. İkinci sırada 2 faiz bahalaşma ilə kərə və bitki yağları gəlir. Üçüncü sırada 1,1 faiz yüksəlmə ilə qənd, cem, bal, şokolad və konfetlər yer tutub.
Bahalaşmada sonrakı yerlərdə mineral sular, sərinləşdirici içkilər və şirələr (1 faiz), süd və süd məhsulları (0,9 faiz), çörək, çörək məmulatları və yarmalar, spirtli içkilər (0,8 faiz), ət və ət məhsulları (0,5 faiz), çay, qəhvə, kakao (0,3 faiz), balıq və balıq məhsulları (0,2 faiz) gəlir.
Ən çox ucuzlaşan yumurta olub
May ayında ərzaq məhsulları içərisində ucuzlaşma da qeydə alınıb. Məsələn, toyuq yumurtası 8,4 faiz ucuzlaşıb. Davamlı şəkildə bahalaşan tərəvəzlər də 1,6 faiz ucuzlaşıb. Ən çox ucuzlaşma yumurtada qeydə alınıb. 13-14 qəpiyə satılan ağ toyuq yumurtası may ayında 8-9 qəpiyə düşüb.
Qeyd edək ki, bu ilin yanvar-may aylarında ötən ilin müvafiq dövrünə nəzərən istehlak qiymətləri 12,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları 17,9 faiz qalxıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin may ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma makaron məmulatlarının, vaflinin, peçenyenin, manna yarmasının, unun, toyuq ətinin, kolbasa məmulatlarının, balıq konservlərinin, xamanın, qatılaşdırılmış şəkərli südün, pendirin, kərə və bitki yağlarının, almanın, armudun, limonun, çuğundurun, yerkökünün, kartofun, şəkər və şəkər tozunun, konfetlərin, qəhvə və kakao tozunun, mineral suların, meyvə şirəsinin, limonadın, pivənin, arağın, ucuzlaşma isə əsasən yumurtanın, bananın, çiyələyin, xiyarın, pomidorun, kələmin, soğanın, sarımsağın, göy lobyanın qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Xatırladaq ki, illik ərzaq inflyasiyasının tempinin yüksək səviyyədə qalması dünyada ərzaq məhsullarının bahalaşmaqda davam etməsindən əhəmiyyətli təsirlənir. Mərkəzi Banka görə, dünyada ərzaq məhsulları istehsalının daralması, bəzi ölkələrdə ərzaq ixracının qeyri-müəyyən dövrə qadağan olması qlobal ərzaq qiymətlərinə artırıcı təsir göstərən amillərdəndir.
Ölkədə həyata keçirilən antiinflyasiya tədbirləri çərçivəsində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ərzaq bazarında antiinhisar qanunvericiliyinin tələblərinə əməl edilməsinə nəzarət məqsədilə araşdırmaları davam etdirir. Ötən ay araşdırma zamanı uzun düyü və qarabaşaq bazarında bir çox təsərrüfat subyektləri tərəfindən antiinhisar qanunvericiyilinin pozulması əlamətləri aşkar olunub.