https://sputnik.az/20220119/bahalasan-mehsullar---syahi-vdeo-438302109.html
Bahalaşan məhsullar - SİYAHI-VİDEO
Bahalaşan məhsullar - SİYAHI-VİDEO
Sputnik Azərbaycan
Ötən il istehlak qiymətləri 6,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları 8,1 faiz, qeyri-ərzaq məhsulları 5,1 faiz bahalaşıb. 19.01.2022, Sputnik Azərbaycan
2022-01-19T16:33+0400
2022-01-19T16:33+0400
2022-01-19T16:33+0400
sürücüsüz avtomobillər
iqtisadiyyat
https://cdnn1.img.sputnik.az/img/42276/72/422767273_0:92:1598:991_1920x0_80_0_0_023d734213eff2b0436e173a4bd7e05a.jpg
BAKI, 19 yanvar — Sputnik. 2021-ci ildə 2020-ci ilə nisbətən istehlak qiymətləri 6,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları 8,1 faiz, qeyri-ərzaq məhsulları 5,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər 5,8 faiz bahalaşıb.Sputnik Azərbaycan Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, 2021-ci ilin dekabr ayında istehlak qiymətləri əvvəlki aya nisbətən 1,6 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 12 faiz artıb.2021-ci ilin dekabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları qiymətləri əvvəlki aya nisbətən 2,6 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 15,8 faiz bahalaşıb.Çörək, un, makaron bahalaşıbÖtən ilin dekabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma qarabaşaq yarmasının, çörəyin, unun, makaron məmulatlarının, düyünün, toyuq, mal və qoyun ətinin, təzə və dondurulmuş balığın, qatılaşdırılmış şəkərli və pasterizə olunmamış üzlü südün, pendirin, kəsmiyin, yoqurtun, xamanın, yumurtanın, kərə və günəbaxan yağlarının, süfrə marqarininin, narın, heyvanın, bananın, almanın, armudun, qozun, fındığın, xiyarın, pomidorun, balqabağın, kartofun, soğanın, sarımsağın, mərcinin, şəkər və şəkər tozunun, konfetlərin, çayın, qəhvə və kakao tozunun, limonadın qiymətlərində baş verib.Portağal, limon ucuzlaşıbUcuzlaşma isə əsasən portağalın, limonun, xurmanın, kivinin, kələmin və yerkökünün qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.2021-ci ilin dekabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,7 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 7,7 faiz artıb.Minik avtomobilləri üçün ehtiyat hissələri bahalaşıbÖtən ilin dekabr ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma minik avtomobilləri üçün ehtiyat hissələrinin, mebellərin, məişət cihazlarının, noutbukların, geyim və ayaqqabıların, ucuzlaşma isə əsasən kəsilmiş taxtaların və mobil telefonların qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.2021-ci ilin dekabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,9 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 10 faiz bahalaşıb.Bərbərxana və kosmetoloji xidmətlərin qiyməti qalxıbÖtən ilin dekabr ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox bahalaşma ictimai iaşə, bərbərxana və kosmetoloji xidmətlərin, paltarların təmiri, kimyəvi təmizlənməsi və kirayəsi, ayaqqabı və televizorların təmiri, minik avtomobillərinin mühərrik yağının dəyişdirilməsi və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.Xatırladaq ki, 2021-ci ilin yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar-noyabr aylarına nisbətən 106,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 107,4 faiz, qeyri-ərzaq məhsulları üzrə 104,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,4 faiz təşkil etmişdi.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42276/72/422767273_77:0:1521:1083_1920x0_80_0_0_3dddf2e8bc2770d5259e4f118b877940.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
sürücüsüz avtomobillər
Bahalaşan məhsullar - SİYAHI-VİDEO
Ötən il istehlak qiymətləri 6,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları 8,1 faiz, qeyri-ərzaq məhsulları 5,1 faiz bahalaşıb.
BAKI, 19 yanvar — Sputnik. 2021-ci ildə 2020-ci ilə nisbətən istehlak qiymətləri 6,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları 8,1 faiz, qeyri-ərzaq məhsulları 5,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər 5,8 faiz bahalaşıb.
Sputnik Azərbaycan Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, 2021-ci ilin dekabr ayında istehlak qiymətləri əvvəlki aya nisbətən 1,6 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 12 faiz artıb.
2021-ci ilin dekabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları qiymətləri əvvəlki aya nisbətən 2,6 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 15,8 faiz bahalaşıb.
Çörək, un, makaron bahalaşıb
Ötən ilin dekabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma qarabaşaq yarmasının, çörəyin, unun, makaron məmulatlarının, düyünün, toyuq, mal və qoyun ətinin, təzə və dondurulmuş balığın, qatılaşdırılmış şəkərli və pasterizə olunmamış üzlü südün, pendirin, kəsmiyin, yoqurtun, xamanın, yumurtanın, kərə və günəbaxan yağlarının, süfrə marqarininin, narın, heyvanın, bananın, almanın, armudun, qozun, fındığın, xiyarın, pomidorun, balqabağın, kartofun, soğanın, sarımsağın, mərcinin, şəkər və şəkər tozunun, konfetlərin, çayın, qəhvə və kakao tozunun, limonadın qiymətlərində baş verib.
Portağal, limon ucuzlaşıb
Ucuzlaşma isə əsasən portağalın, limonun, xurmanın, kivinin, kələmin və yerkökünün qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2021-ci ilin dekabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,7 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 7,7 faiz artıb.
Minik avtomobilləri üçün ehtiyat hissələri bahalaşıb
Ötən ilin dekabr ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma minik avtomobilləri üçün ehtiyat hissələrinin, mebellərin, məişət cihazlarının, noutbukların, geyim və ayaqqabıların, ucuzlaşma isə əsasən kəsilmiş taxtaların və mobil telefonların qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2021-ci ilin dekabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,9 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 10 faiz bahalaşıb.
Bərbərxana və kosmetoloji xidmətlərin qiyməti qalxıb
Ötən ilin dekabr ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox bahalaşma ictimai iaşə, bərbərxana və kosmetoloji xidmətlərin, paltarların təmiri, kimyəvi təmizlənməsi və kirayəsi, ayaqqabı və televizorların təmiri, minik avtomobillərinin mühərrik yağının dəyişdirilməsi və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Xatırladaq ki, 2021-ci ilin yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar-noyabr aylarına nisbətən 106,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 107,4 faiz, qeyri-ərzaq məhsulları üzrə 104,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,4 faiz təşkil etmişdi.