Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Canni De Byazi: Belarusdan sonra Qazaxıstanı məğlub etməyə çalışacağıq

© REUTERS / AZIZ KARIMOVCanni De Byazi
Canni De Byazi - Sputnik Azərbaycan, 1920, 13.06.2022
Abunə olmaq
Azərbaycan milli komandasının baş məşqçisi bildirib ki, meydana sonradan daxil olan futbolçular daha hazır idilər və bu da nəticədə özünü göstərib.
BAKI, 13 iyun - Sputnik. "Nəticəyə görə şadam. Uşaqlar çox əziyyət çəkdilər. Əvvəlki matçlarda da yaxşı oynamışdıq. 3 gün öncə burada Slovakiyaya uduzmuşduq. Qələbə bizim üçün yaxşı oldu".
Bunu Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi Bakıda Belarus yığmasına 2:0 hesabı ilə qalib gəldikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.
66 yaşlı italiyalı mütəxəssis bildirib ki, son dəqiqələrdə sistemi dəyişdikdən sonra hücum futbolu sərgiləyiblər: "Meydana sonradan daxil olan futbolçular daha hazır idilər və bu da nəticədə özünü göstərdi".
Baş məşqçi, oyunun sonlarında yorulan Emin Mahmudovu əvəzləməməsinin səbəbini açıqlayıb: "O, bizim üçün vacib oyunçdur. Əmin idim ki, sonadək oynayacaq. Bu səbəbdən meydanda qalmasını lazım bildim".
De Byazi hazırda qrup lideri olan Qazaxıstan millisinin güclü komanda olduğunu söyləyib: "Orada çempionat davam edir. Bizdə isə mövsüm bitib. Bu səbəbdən onlar fiziki cəhətdən daha hazırdırlar. Sentyabrda bu rəqiblə Bakıda qarşılaşacağıq və onları məğlub etməyə çalışacağıq".
Azərbaycan və Belarus yığmaları arasında UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur oyunu - Sputnik Azərbaycan, 1920, 13.06.2022
İDMAN
Azərbaycan yığması UEFA Millətlər Liqasında ilk qələbəsini qazandı: 2:0
Xəbər lenti
0