CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda işdən çıxarılan hakimlərin sayı açıqlanıb

© Depositphotos.com / GarloonMəhkəmə
Məhkəmə - Sputnik Azərbaycan, 1920, 13.06.2022
Abunə olmaq
Ötən dövrdə korrupsiya hüquqpozmaları ilə bağlı 50-dək hakim intizam məsuliyyətinə cəlb edilib, 10 nəfərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.
BAKI, 13 iyun — Sputnik. Azərbaycanda intizam məsuliyyətinə cəlb olunan və işdən çıxarılan hakimlərin sayı açıqlanıb.
Bu barədə Məhkəmə-Hüquq Şurasının iclasında məlumat verilib.
Bildirilib ki, ötən dövrdə korrupsiya hüquqpozmaları ilə bağlı 50-dək hakim intizam məsuliyyətinə cəlb edilib, 10 nəfərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 13 nəfər tutduğu vəzifədən azad olunub.
İclasda korrupsiyaya şərait yaradan hallara, süründürməçiliyə və vətəndaşların haqlı narazılığını doğuran digər pozuntulara görə 3 hakim intizam məsuliyyətinə cəlb olunub, qanunvericiliyin tələblərinin kobudcasına və mütəmadi pozulmasına görə bir hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi məsələsi ilə bağlı qərar qəbul edilib.
Həmçinin, kobud qanun pozuntularına yol verilməsinə görə 2 hakim barədə yeni intizam icraatı başlanılıb.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi - Sputnik Azərbaycan, 1920, 01.02.2021
CƏMİYYƏT
Baş nazirin keçmiş müavininin qızı Konstitusiya Məhkəməsinin hakimi təyin edilib
Xəbər lenti
0