CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Baş nazirin keçmiş müavininin qızı Konstitusiya Məhkəməsinin hakimi təyin edilib

© Sputnik / Murad OrujovAzərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi - Sputnik Azərbaycan, 1920, 01.02.2021
Abunə olmaq
Milli Məclisin iclasında "Humay Əfəndiyevanın Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.

BAKI, 1 fevral — Sputnik. Konstitusiya Məhkəməsinə yeni hakim təyin olunub.

Sputnik Azərbaycan xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında "Humay Əfəndiyevanın Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.

Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.

Humay Əfəndiyeva Konstitusiya Məhkəməsinin hakimi təyin olunub.

Humay Əfəndiyeva baş nazirinin keçmiş müavini, yazıçı Elçin Əfəndiyevin qızı, yazıçı İlyas Əfəndiyevin nəvəsidir.

Humay Elçin qızı Əfəndiyeva 7 dekabr 1975-ci il tarixində Bakı şəhərində anadan olub. Əfəndiyeva bunadək Konstitusiya Məhkəməsinin Aparatında Beynəlxalq hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini vəzifəsində çalışıb. O, dövlət qulluğunun baş müşaviri ixtisas dərəcəsinə malikdir.

Ölkə başçısının 25 iyun 2011-ci il tarixli sərəncamı ilə Humay Əfəndiyeva "Dövlət qulluğunda fərqlənməyə gorə" medalı ilə təltif edilib.

Xəbər lenti
0