CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

SOS: Uşaqlarınızı Facebook və Instagramdan uzaq tutun!

© AFP 2024 / KIRILL KUDRYAVTSEVЛоготип Facebook, фото из архива
Логотип Facebook, фото из архива - Sputnik Azərbaycan, 1920, 12.06.2022
Abunə olmaq
Facebook və Instagram təşviq edir ki, azyaşlılar yemək pozğunluğu, intihar, depressiya və yuxu pozğunluğu riskini artıran məzmuna baxsınlar.
BAKI, 12 iyun - Sputnik. Facebook və Instagram uşaqlara zərər vurduğu üçün Meta Korporasiyası ABŞ-da səkkiz iddia ilə məhkəməyə verilib.
Bu barədə “The Register” saytında məlumat verilib.
Zərərçəkmişlər iddia ərizələrində qeyd olunan sosial şəbəkələrin alqoritmlərinin uşaq və yeniyetmələrdə təhlükəli aludəçilik yaradacaq şəkildə qurulduğunu iddia edirlər.
Bundan əlavə, iddiaçıların fikrincə, Facebook və Instagram təşviq edir ki, azyaşlılar yemək pozğunluğu, intihar, depressiya və yuxu pozğunluğu riskini artıran məzmuna baxsınlar.
Bütün bu səkkiz işə Beasley Allen hüquq firmasını təmsil edən vəkil Endi Burçfild baxır. O, sayta müsahibəsində deyib ki, gənclər arasında sosial mediadan istifadə ABŞ-da üzləşdiyimiz psixi sağlamlıq böhranında əsas amil kimi qəbul edilməlidir.
Qeyd olunur ki, iddialar Texas, Tennessi, Kolorado, Delaver, Florida, Corciya, İllinoys və Missuri ştatlarının federal məhkəmələrinə verilib (APA).
Sosial şəbəkədən istifadə edən qadın, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.04.2022
CƏMİYYƏT
Sosial şəbəkələr daha çox kimlərə təsir edir?
Xəbər lenti
0