CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sosial şəbəkələr daha çox kimlərə təsir edir?

© AFP 2024 / Manan VATSYAYANASosial şəbəkədən istifadə edən qadın, arxiv şəkli
Sosial şəbəkədən istifadə edən qadın, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.04.2022
Abunə olmaq
Alimlər aşkarlayıblar ki, müəyyən yaşlarda sosial şəbəkələrdən istifadə təqribən bir il sonra həyatdan məmnunluğun aşağı düşməsi ilə bağlı olur.
BAKI, 5 aprel — Sputnik. Psixoloqların sözlərinə görə, sosial şəbəkə platformaları müxtəlif yaşda uşaqların psixi rifahına onların cinsindən asılı olaraq təsir göstərə bilər.
Sputnik Azərbaycan Azərtac-a istinadla xəbər verir ki, tədqiqatçılar aşkarlayıblar ki, vaxtının böyük hissəsini sosial şəbəkələrdə keçirən 11-13 yaşlı qızlar bir ildən sonra öz həyatlarından daha az razı qalıblar. Eyni hal 14-15 yaşlı oğlanlar arasında baş verib.
Sosial şəbəkələrin bu halın baş verdiyi mühit olmasına baxmayaraq, digər yaş qruplarında sosial şəbəkələrlə rifah arasında heç bir bağlılıq aşkar edilməyib. Bundan başqa, 19 yaşı tamam olan şəxslər arasında da həyat məmnunluğunun aşağı düşməsi müəyyən edilib.
Kembric Universitetindən olan psixoloq-eksperimentator doktor Emi Orben nəticələr barədə deyib: "Biz sosial şəbəkələrin əksər hallarda həyatdan məmnun qalmadan xəbər verdiyi vaxtda cinslər arasında müəyyən yaş fərqlərinin mövcudluğunu aşkarladıq".
Tədqiqat psixi xəstəliklərdən müalicə almaq üçün müraciət edən gənclərin sayının artması ilə sosial şəbəkələr arasında əlaqəni müəyyən etmək məqsədi daşıyırdı.
Alimlər aşkarlayıblar ki, müəyyən yaşlarda sosial şəbəkələrdən istifadə təqribən bir il sonra həyatdan məmnunluğun aşağı düşməsi ilə bağlı olur.
Tədqiqatda belə nəticə çıxarılmır ki, sosial şəbəkələr psixi rifaha ziyan vurur. Lakin tədqiqatçılar hesab edir ki, oğlanlarda və qızlarda müxtəlif dövrlərdə əmələ gələn "zəiflik boşluqları" ola bilər. Qızlar arasında depressiyanın daha yüksək səviyyəsi onların sosial şəbəkələrdə nə qədər vaxt keçirmələri ilə bağlıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Cütlük - Sputnik Azərbaycan, 1920, 06.03.2022
CƏMİYYƏT
Azərbaycanda qeyri-rəsmi münasibətlərə maraq niyə artıb?
Xəbər lenti
0