https://sputnik.az/20220612/rusiyada-koronavirusun-daha-bir-novu-askarlanib-442829746.html
Rusiyada koronavirusun daha bir növü aşkarlanıb
Rusiyada koronavirusun daha bir növü aşkarlanıb
Sputnik Azərbaycan
Hazırda Rusiyada BA.2 variantı və onun subvariantlarına daha çox rast gəlinir ki, bütün yeni infeksiyaların təxminən 95%-ni onlar təşkil edir. 12.06.2022, Sputnik Azərbaycan
2022-06-12T12:55+0400
2022-06-12T12:55+0400
2022-06-12T12:55+0400
səhiyyə
epidemiya
omikron
omikron ştammı
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/18/437547444_0:0:3573:2009_1920x0_80_0_0_f21941f3f1978510980a1538066892b4.jpg
BAKI, 12 iyun - Sputnik. Rusiyada omikron BA.4-ün daha yoluxucu variantı müəyyən edilib. Bu barədə "Rospotrebnadzor"un eksperti Kamil Hafizov məlumat verib. Ekspert bildirib ki, hazırda Rusiyada BA.2 variantı və onun subvariantlarına daha çox rast gəlinir ki, bütün yeni infeksiyaların təxminən 95%-ni onlar təşkil edir. "Bir müddət əvvəl dərc edilmiş bir neçə araşdırma onu göstərdi ki, virusun BA.4 və BA.5 kimi tanınan variantları omikronun erkən formalarından bir qədər daha çox transmissiv yoluxma mexanizmi ilə ötürülür", - deyə Kamil Hafizov bildirib.Xatırladaq ki, koronavirusunun "omikron" ştammının BA.4 alt növü ilk dəfə Filippində Yaxın Şərqdən qayıdan ölkə sakinində aşkar edilib. Səhiyyə Nazirliyinin məlumatına görə, Filippinə qayıtdıqdan 4 gün sonra xəstənin koronavirus testi müsbət çıxıb, xəstəlik asemptomatik olub.Avropa Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (ECDC) təsnifatına istinad edərək, Səhiyyə Nazirliyi qeyd edir ki, BA.4 variantı yoluxmuşlar arasında daha sürətli ötürülməsi ilə xarakterizə olunur.Bu, xəstələrin sayının kəskin artmasına və xəstəxanaların həddindən artıq yüklənməsinə səbəb ola bilər.Bəyanatda vurğulanır ki, “omikron” ştammının bu variantı xəstəliyin daha ağır gedişi ilə müşayiət olunmur.Səhiyyə Nazirliyi bir daha ölkə vətəndaşlarını peyvənd olunmağa, maska taxmağa və xəstəlik zamanı təcrid olunmağa çağırıb.Bundan əvvəl Filippin Genomik Bionəzarət Mərkəzi gələcəkdə mümkün təhlükəli viruslara hazırlaşmaq üçün COVID-19 mutasiyalarını təhlil etmək üçün Mindanao və Visayas ştatlarında iki laboratoriya açmışdı.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220521/filippinde-ilk-defe-koronavirusun-ba4-varianti-mueyyen-edilib-442137017.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/18/437547444_300:0:3031:2048_1920x0_80_0_0_140cda41a7a0adb3a6ba45f74facebbb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
epidemiya, omikron, omikron ştammı
epidemiya, omikron, omikron ştammı
Rusiyada koronavirusun daha bir növü aşkarlanıb
Hazırda Rusiyada BA.2 variantı və onun subvariantlarına daha çox rast gəlinir ki, bütün yeni infeksiyaların təxminən 95%-ni onlar təşkil edir.
BAKI, 12 iyun - Sputnik. Rusiyada omikron BA.4-ün daha yoluxucu variantı müəyyən edilib.
Bu barədə "Rospotrebnadzor"un eksperti Kamil Hafizov məlumat verib.
Ekspert bildirib ki, hazırda Rusiyada BA.2 variantı və onun subvariantlarına daha çox rast gəlinir ki, bütün yeni infeksiyaların təxminən 95%-ni onlar təşkil edir.
"Bir müddət əvvəl dərc edilmiş bir neçə araşdırma onu göstərdi ki, virusun BA.4 və BA.5 kimi tanınan variantları omikronun erkən formalarından bir qədər daha çox transmissiv yoluxma mexanizmi ilə ötürülür", - deyə Kamil Hafizov bildirib.
Xatırladaq ki, koronavirusunun "omikron" ştammının BA.4 alt növü ilk dəfə Filippində Yaxın Şərqdən qayıdan ölkə sakinində aşkar edilib.
Səhiyyə Nazirliyinin məlumatına görə, Filippinə qayıtdıqdan 4 gün sonra xəstənin koronavirus testi müsbət çıxıb, xəstəlik asemptomatik olub.
Avropa Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (ECDC) təsnifatına istinad edərək, Səhiyyə Nazirliyi qeyd edir ki, BA.4 variantı yoluxmuşlar arasında daha sürətli ötürülməsi ilə xarakterizə olunur.
Bu, xəstələrin sayının kəskin artmasına və xəstəxanaların həddindən artıq yüklənməsinə səbəb ola bilər.
Bəyanatda vurğulanır ki, “omikron” ştammının bu variantı xəstəliyin daha ağır gedişi ilə müşayiət olunmur.
Səhiyyə Nazirliyi bir daha ölkə vətəndaşlarını peyvənd olunmağa, maska taxmağa və xəstəlik zamanı təcrid olunmağa çağırıb.
Bundan əvvəl Filippin Genomik Bionəzarət Mərkəzi gələcəkdə mümkün təhlükəli viruslara hazırlaşmaq üçün COVID-19 mutasiyalarını təhlil etmək üçün Mindanao və Visayas ştatlarında iki laboratoriya açmışdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.