DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Filippində ilk dəfə koronavirusun BA.4 variantı müəyyən edilib

© pixabay / Alexandra_KochOmicron
Omicron - Sputnik Azərbaycan, 1920, 21.05.2022
Abunə olmaq
Xoşbəxtlikdən, “omikron” ştammının bu variantında xəstəliyin daha ağır gedişi ilə müşayiət olunmadığı bildirilir.
BAKI, 21 may - Sputnik. Koronavirusunun "omikron" ştammının BA.4 alt növü ilk dəfə Filippində Yaxın Şərqdən qayıdan ölkə sakinində aşkar edilib. Bu barədə RİA Novosti ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər yayıb.
Nazirlikdən verilən məlumata görə, Filippinə qayıtdıqdan 4 gün sonra xəstənin koronavirus testi müsbət çıxıb, xəstəlik asemptomatik olub.
Avropa Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (ECDC) təsnifatına istinad edərək, Səhiyyə Nazirliyi qeyd edir ki, BA.4 variantı yoluxmuşlar arasında daha sürətli ötürülməsi ilə xarakterizə olunur.
Bu, xəstələrin sayının kəskin artmasına və xəstəxanaların həddindən artıq yüklənməsinə səbəb ola bilər.
Bəyanatda vurğulanır ki, “omikron” ştammının bu variantı xəstəliyin daha ağır gedişi ilə müşayiət olunmur.
Səhiyyə Nazirliyi bir daha ölkə vətəndaşlarını peyvənd olunmağa, maska ​​taxmağa və xəstəlik zamanı təcrid olunmağa çağırıb.
Bundan əvvəl Filippin Genomik Bionəzarət Mərkəzi gələcəkdə mümkün təhlükəli viruslara hazırlaşmaq üçün COVID-19 mutasiyalarını təhlil etmək üçün Mindanao və Visayas ştatlarında iki laboratoriya açmışdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0