Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Bolidimizdə inanılmaz temp var idi - Formula 1-in qalibi Maks Ferstappen

© NATALIA KOLESNIKOVAПилот команды Red Bull Макс Ферстаппен становится победителем Гран-при Азербайджана "Формулы 1" 2022 года.
Пилот команды Red Bull Макс Ферстаппен становится победителем Гран-при Азербайджана Формулы 1 2022 года. - Sputnik Azərbaycan, 1920, 12.06.2022
Abunə olmaq
"Red Bull"un 25 yaşlı pilotu bildirib ki, komanda olaraq 1-2-ci yerlərdə qərarlaşdıqlarına görə bu gün onlar üçün həqiqətən də xoş gündür.
BAKI, 12 iyun - Sputnik. "Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibi, "Red Bull" komandasının pilotu Maks Ferstappen bolidindən razı qaldığını bildirib.
"Bu gün bolidimizdə inanılmaz temp var idi", - Maks Ferstappen deyib.
25 yaşlı pilot avtomobilin balansından çox razı qaldığını söyləyib:
"Komanda olaraq 1-2-ci yerlərdə qərarlaşdığımız üçün, həqiqətən də, xoş gündür”.
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibi “Red Bull” komandasının pilotu Maks Ferstappen olub. Bakı qələbəsi onun karyerasında sayca 25-cidir.
"Ötən il Formula 1 Azərbaycan Qran-Prisi mənim üçün uğursuz oldu. Son anda qələbəni əldən verdim. Ancaq bu gün azarkeşlər gözəl yürüşün şahidi oldular", - Maks Ferstappen bildirib.
"Ferrari" komandasının pilotlarının mübarizəni erkən dayandırmalarının işlərinə yaradığını bildirən M.Ferstappen deyib:
"Biz rəqiblərə nisbətən daha sürətli idik. Bakı yarışı bizim üçün uğurlu alındı, çünki komandamız qələbə dubluna imza atıb. Növbəti yarış – Kanada Qran-Prisi haqqında danışmaq çətindir. Hər yarış digərindən fərqli və özəl olur".

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisinin ilk iki pilləsində “Red Bull Racing” komandasının pilotları Maks Ferstappen və Serxio Peres yer alıblar. İlk üçlüyü isə “Mercedes”in pilotu Corc Rassel tamamlayıb.
Maks Ferstappen  - Sputnik Azərbaycan, 1920, 12.06.2022
İDMAN
Formula 1: Azərbaycan Qran-prisinin qalibi bəlli oldu, mükafatlar sahiblərinə verildi
Xəbər lenti
0