Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

TƏBİB-in səlahiyyəti artırılıb

© Sputnik / Murad OrujovTƏBİB avtomobili, arxiv şəkli
TƏBİB avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.06.2022
Abunə olmaq
Qeyd edək ki, əvvəl bu səlahiyyət Səhiyyə Nazirliyində idi.
BAKI, 10 iyun — Sputnik. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) səlahiyyəti artırılıb.
Bu, Prezident İlham Əliyevin Fərmanı ilə "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 sentyabr tarixli 595 nömrəli Fərman"ında edilən dəyişiklikdə əksini tapıb.
Fərmana əsasən, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə aşağıdakı səlahiyyət verilib:
- bu Fərmana əsasən, yaradılmış tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin vahid mərkəzləşdirilmiş reyestrinin operatoru funksiyalarını həyata keçirsin və "Elektron hökumət" portalı vasitəsilə real vaxt rejimində aidiyyəti dövlət orqanlarının (qurumlarının) həmin reyestrə çıxışını təmin etsin;
- tibbi-sosial ekspertiza müayinəsinə göndərişlər barədə məlumatların real vaxt rejimində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Vahid Səhiyyə İnformasiya Sistemi"nə ötürülməsini təmin etsin.
Qeyd edək ki, əvvəl bu səlahiyyət Səhiyyə Nazirliyində idi.
Meymunçiçəyi - Sputnik Azərbaycan, 1920, 27.05.2022
SƏHİYYƏ
TƏBİB: “Meymunçiçəyi bəzi hallarda ölümlə nəticələnə bilər”
Xəbər lenti
0