Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

TƏBİB: “Meymunçiçəyi bəzi hallarda ölümlə nəticələnə bilər”

© AP Photo / CDC Meymunçiçəyi
Meymunçiçəyi - Sputnik Azərbaycan, 1920, 27.05.2022
Abunə olmaq
Avropalı tibb mütəxəssisləri tərəfindən yaxın 2-3 həftə ərzində yoluxma hallarının kəskin şəkildə artacağı proqnozlaşdırılır.
BAKI, 27 may - Sputnik. "Meymunçiçəyi virusu koronavirus qədər yüksək yoluxduruculuğa malik deyil".
Bunu TƏBİB-in İnfeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva deyib.
Onun sözlərinə görə, virusun yoluxdurucu olması üçün şərtlər var: “Səpgilərlə yanaşı, limfa düyünlərinin şişməsi baş verir. Bu da meymunçiçəyi üçün xarakterikdir. Çünki insanlar yoluxduqda özlərini izolyasiya etməyə çalışırlar. Bu da prosesin pandemiyaya çevirilməsinin qarşısını alır. Meymunçiçəyi virusuna yoluxma üçün sıx və çox yaxın, yəni ən azından dəri səthində olan yaralarla təmas olmalıdır”.
O bildirib ki, meymunçiçəyi bəzi hallarda ölümlə nəticələnə bilər.
Mustafayevanın sözlərinə əsasən, bu, daha çox dəri səthindəki səpgilərə ikincili bakteriyalar qoşulan zaman baş verə bilər: “Həmçinin xəstəliyi çox ağır keçirənlər arasında ola bilər. Amma ölüm ehtimalı kifayət qədər azdır”.
Şöbə müdiri bildirib ki, bu virusun yayılmış iki alt tipi var: "Qərbi və Mərkəzi Afrika tipləri. Bunlardan birinin öldürücülüyü heç bir faiz olmadığı halda digərində 6-11 faiz təşkil edir".
Xatırladaq ki, ötən həftə ÜST meymunçiçəyi xəstəliyinə yoluxmaların sayının 90-nı ötdüyünü bildirsə də, Avropada artıq 100-dən çox təsdiqlənmiş yoluxma halı qeydə alınıb. Avropalı tibb mütəxəssisləri tərəfindən yaxın 2-3 həftə ərzində yoluxma hallarının kəskin şəkildə artacağı proqnozlaşdırılır.
Məlumat üçün bildirək ki, suçiçəyi və meymunçiçəyinin klinik əlamətləri arasında oxşar və fərqli əlamətlər var. 90 faiz simptomlar bir-birinə bənzəyir. Fərqə gəldikdə isə meymunçiçəyi xəstəliyində limfa düyünlərinin böyüməsi, şişkinliyi hallarına daha çox rast gəlinir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
 Meymun çiçəyi - Sputnik Azərbaycan, 1920, 24.05.2022
SƏHİYYƏ
Meymunçiçəyi dünyada vüsət alır
Xəbər lenti
0