DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Saqatelyandan Mirzoyana cavab: Gərək Ermənistanla bağlı planlarını vicdanla söyləyərdilər

© Sputnik Арам Нерсесян / Mediabanka keçidYerevanda etirazlar, arxiv şəkli
Yerevanda etirazlar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.06.2022
Abunə olmaq
Ermənistan müxalifətinin Müqavimət hərəkatının koordinatoru İşxan Saqatelyan bildirib ki, hərəkat gücün təsiri altında demarkasiya və delimitasiya üzərində işləməyi mümkünsüz hesab edir.
BAKI, 10 iyun — Sputnik. Müqavimət hərəkatının koordinatoru İşxan Saqatelyan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın bəyanatına reaksiya verərək, ölkədə siyasi böhranın olduğunu qeyd edib. Bu barədə Sputnik Ermənistan məlumat yayıb.
Fransa meydanında keçirilən mətbuat konfransı zamanı Saqatelyan qeyd edib ki, hakimiyyət böhranın olmadığını iddia edə bilər, o halda ki, 2021-ci ildə seçki kampaniyası Ermənistanla bağlı planlarını vicdanla söyləyərdilər, sonra mandat alardılar.
Bundan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında Ermənistanda heç bir siyasi böhranın olmadığını bildirmişdi.
"Əgər onlar seçki kampaniyası zamanı bəyan etsəydilər ki, onların yenidən seçilməsindən sonra güzəştlər olacaq və sülh erası suverenliyi itirmək bahasına əldə olunacaq, onda bu gün deyə bilərdilər ki, ölkədə siyasi böhran yoxdur", - Saqatelyan bildirib.
O, həmçinin qeyd edib ki, müxalifətin fikri aydındır - hərəkat gücün təsiri altında demarkasiya və delimitasiya üzərində işləməyi mümkünsüz hesab edir. Onun sözlərinə görə, bu proses yalnız Azərbaycan Silahlı Qüvvələri Ermənistan ərazisini tərk etdikdə həyata keçirilə bilər.
Hərəkatın gələcəyi ilə bağlı deyilənlərə gəlincə, Saqatelyan qeyd edib ki, o, dayana bilməz, çünki bu, xalqın məğlubiyyətinə bərabərdir. O, yürüşdə 40-50 min vətəndaşın iştirak etdiyi dövr olduğunu xatırladaraq, hərəkatın milli, ümummilli olduğunu bir daha xatırladıb.
Aprelin 25-dən Ermənistanın hər yerində müxalifət etiraz aksiyaları keçirilir. Onlar hesab edirlər ki, hazırkı hakimiyyətin siyasəti Ermənistan və ermənilərin Dağlıq Qarabağda xəyalını qurduqları qondarma rejim üçün dağıdıcıdır. Bu, erməni tərəfini nəinki yeni güzəştlərlə, həm də dövlətçiliyinin itirilməsi təhlükəsi ilə üz-üzə qoyub.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla - Sputnik Azərbaycan, 1920, 09.06.2022
RUSİYA
Lavrov: "Ermənistan və Azərbaycan arasında yekun razılaşmalar əldə olunacaq"
Xəbər lenti
0