https://sputnik.az/20220609/lavrov-ermenistan-ve-azerbaycan-arasinda-yekun-razilasmalar-elde-olunacaq-442724801.html
Lavrov: "Ermənistan və Azərbaycan arasında yekun razılaşmalar əldə olunacaq"
Lavrov: "Ermənistan və Azərbaycan arasında yekun razılaşmalar əldə olunacaq"
Sputnik Azərbaycan
Rusiyanın xarici işlər naziri bildirib ki, tempin daha sürətli olmasını istərdik, lakin buna baxmayaraq, proses gedir və mühüm müsbət nəticələr əldə edilir. 09.06.2022, Sputnik Azərbaycan
2022-06-09T15:10+0400
2022-06-09T15:10+0400
2022-06-09T15:10+0400
rusiya
lavrov
sergey lavrov
rusiya xin rəhbəri sergey lavrov
ararat mirzoyan
https://cdnn1.img.sputnik.az/img/07e6/06/09/442724641_0:0:3221:1813_1920x0_80_0_0_161ff8da55c34dea01069335a66a9f6f.jpg
BAKI, 9 iyun — Sputnik. Rusiya Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına töhfə verməyə hazır olduğunu bildirib. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla danışıqların yekunlarına dair mətbuat konfransında deyib."Biz, Ararat Mirzoyanın dediyi kimi, Rusiyanın məşvərətçi yardımı ilə Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası üzrə komissiyanın işi mövzusuna da toxunduq", - deyə Lavrov bildirib."Rusiya Yerevanla Bakı arasında sülh müqaviləsinin bağlanmasına və ümumilikdə bu regionda mövcud humanitar problemlərin həllinə kömək etməyə hazırdır. Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına dair yekun razılaşmalar əldə olunacaq, buna şübhə yoxdur", - deyə Rusiya XİN rəhbəri vurğulayıb."Liderlərimiz münaqişənin sona çatması, münasibətlərin normallaşması ilə bağlı praktiki məsələləri həll etmək üçün üç dəfə görüşdülər. Fikrimcə, prosesin irəli getməsi ilə bağlı ümumi fikrimiz var. Biz tempin daha sürətli olmasını istərdik, lakin buna baxmayaraq, proses gedir və mühüm müsbət nəticələr əldə edilir. Amma heç bir şübhə yoxdur ki, yekun razılaşma olacaq. Biz bunu hər cür təşviq etməyə çalışırıq. Mən əminəm ki, ikitərəfli münasibətlərin tam normallaşmasından başqa yol yoxdur", - Lavrov Ermənistanın xarici işlər naziri ilə danışıqların yekununda deyib."Rusiya Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesini də alqışlayır. Bu, həm də regionda vəziyyətin ümumi yaxşılaşmasına töhfə verməlidir", - deyə nazir bildirib.
https://sputnik.az/20220609/azerbaycan-ermenistan-elaqelerinin-tam-normallasmasindan-basqa-yol-yoxdur---lavrov-442720244.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/09/442724641_322:0:3051:2047_1920x0_80_0_0_c44759dd66b479cf67d6142c619c1b18.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
lavrov, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, ararat mirzoyan
lavrov, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, ararat mirzoyan
Lavrov: "Ermənistan və Azərbaycan arasında yekun razılaşmalar əldə olunacaq"
Rusiyanın xarici işlər naziri bildirib ki, tempin daha sürətli olmasını istərdik, lakin buna baxmayaraq, proses gedir və mühüm müsbət nəticələr əldə edilir.
BAKI, 9 iyun — Sputnik. Rusiya Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına töhfə verməyə hazır olduğunu bildirib. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla danışıqların yekunlarına dair mətbuat konfransında deyib.
"Biz, Ararat Mirzoyanın dediyi kimi, Rusiyanın məşvərətçi yardımı ilə Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası üzrə komissiyanın işi mövzusuna da toxunduq", - deyə Lavrov bildirib.
"Rusiya Yerevanla Bakı arasında sülh müqaviləsinin bağlanmasına və ümumilikdə bu regionda mövcud humanitar problemlərin həllinə kömək etməyə hazırdır. Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına dair yekun razılaşmalar əldə olunacaq, buna şübhə yoxdur", - deyə Rusiya XİN rəhbəri vurğulayıb.
"Liderlərimiz münaqişənin sona çatması, münasibətlərin normallaşması ilə bağlı praktiki məsələləri həll etmək üçün üç dəfə görüşdülər. Fikrimcə, prosesin irəli getməsi ilə bağlı ümumi fikrimiz var. Biz tempin daha sürətli olmasını istərdik, lakin buna baxmayaraq, proses gedir və mühüm müsbət nəticələr əldə edilir. Amma heç bir şübhə yoxdur ki, yekun razılaşma olacaq. Biz bunu hər cür təşviq etməyə çalışırıq. Mən əminəm ki, ikitərəfli münasibətlərin tam normallaşmasından başqa yol yoxdur", - Lavrov Ermənistanın xarici işlər naziri ilə danışıqların yekununda deyib.
"Rusiya Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesini də alqışlayır. Bu, həm də regionda vəziyyətin ümumi yaxşılaşmasına töhfə verməlidir", - deyə nazir bildirib.