Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Ötən il təhsil müəssisələrində baş verən ölüm hallarının sayı açıqlanıb

© AFP 2024 / FRED DUFOURTələbələr, arxiv şəkli
Tələbələr, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.06.2022
Abunə olmaq
“Abituriyent” jurnalının 12-ci buraxılışında qeyd edilib ki, ölənlərdən 11-i ümumi orta ixtisas bazası üzrə təhsil alanlar olub.
BAKI, 10 iyun — Sputnik. 2021-ci ildə təhsil müəssisələrində ölüm hallarının sayı 90 olub.
Bu barədə “Abituriyent” jurnalının 12-ci buraxılışında qeyd edilib.
Bildirilib ki, onlardan 57-si bakalavriat, 6-sı magistratura, 16-sı tam orta ixtisas, 11-i isə ümumi orta ixtisas bazası üzrə təhsil alanlar olub.
Bundan başqa, 2021-ci ildə tələbələr sırasına bərpa olunanların sayı da açıqlanıb.
Məlumata görə, ötən il dövlət sifarişi əsasında təhsildən ödənişli əsaslarla təhsilə keçməklə tələbələr sırasına bərpaların sayı 261 olub. Onlardan 244-ü bakalavr, 17-si magistratura səviyyəsi üzrə olub.
Dövlət hesablı təhsildən ödənişli əsaslarla təhsilə keçərək təhsilini bərpa edənlərin sayı 176 olub. Onlardan 28-i bakalavriat, 1-i magistratura, 64-ü tam orta, 83-ü ümumi orta ixtisas bazası üzrə olub.
Təhsil naziri Emin Əmrullayev - Sputnik Azərbaycan, 1920, 10.06.2022
TƏHSİL
Nazir: Qızlar oğlanlardan, Azərbaycan bölməsi rus bölməsindən daha yaxşı nəticə göstərir
Xəbər lenti
0