Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Nazir: Qızlar oğlanlardan, Azərbaycan bölməsi rus bölməsindən daha yaxşı nəticə göstərir

© Sputnik / Murad OrujovTəhsil naziri Emin Əmrullayev
Təhsil naziri Emin Əmrullayev - Sputnik Azərbaycan, 1920, 10.06.2022
Abunə olmaq
Emin Əmrullayev deyib ki, hər il ölkədə təxminən 150 min uşaq doğulur. Onların 75 mininin heç bir formal peşəsi olmur.
BAKI, 10 iyun — Sputnik. Təhsil uzunmüddətli nəticələr verir. Təhsili yalnız konstruktiv tənqid irəli aparır.
Bunu təhsil naziri Emin Əmrullayev "Abituriyent" jurnalının 12-ci nəşrinin təqdimat mərasimində deyib.
Onun sözlərinə görə, Dövlət İmtahan Mərkəzinin təhlilləri də göstərir ki, ali təhsilə əlçatanlıq artıb:
"Bu, yaxşı xəbərdir. Lakin kifayət qədər də riskli tərəfləri var. DİM-in təhlillərindən də görmək olur ki, 16-17 yaşı olanların təxminən 50 faizi heç bir peşə əldə etmir. Nəzərə alsaq ki, hər il ölkədə təxminən 150 min uşaq doğulur. Deməli, 75 min şəxsin heç bir formal peşəsi olmur", - deyə nazir əlavə edib.
E.Əmirullayev bu il ali təhsil müəssisələrinə qəbul proqnozunun 50 mindən artıq olduğunu da deyib.
Həmçinin bildirib ki, kağız üzərində imtahanlardan kompüter üzərində imtahanlara keçməyə hazırdılar.
Məktəblərdə kompüterlərin sayının günü-gündən artdığını vurğulayan nazir qeyd edib ki, PİSA qiymətləndirilməsi təcrübəsindən buraxılış və qəbul imtahanlarında istifadə mümkün ola bilər.
Bu arada nazir fizika fənninin məzmununun çox köhnəldiyini də deyib:
"Məzmunun dəyişməsi bizim üçün problem deyil, lakin cəmiyyət bunu necə qəbul edə bilər?! Yəni maarifləndirmə bizim üçün çox işlərdən önəmlidir".
Qızların nəticələri daha yaxşıdır
E,Əmrullayev cinslər üzrə nəticələrə də toxunaraq, bütün fənlər üzrə qızların nəticələrinin oğlanlarla müqayisədə daha yaxşı olduğunu bildirib:
"Oğlanların təhsildəki keyfiyyəti ciddi problemə çevrilib. Bütün fənlərdən qızlar oğlanlardan yaxşı nəticə göstərir. Hətta riyaziyyat fənni üzrə həmişə oğlanların yaxşı nəticələri üstünlük təşkil edirdisə, artıq builki təhlillər onu göstərir ki, bu fənn üzrə də nəticələr eyniləşib".
E.Əmrullayev həmçinin təhsillə bağlı problemlərdən də söz açıb, nöqsanların olduğunu danmayıb: "Azərbaycan təhsilinin çox problemləri var və biz bunları danmırıq. Bəzi bölgələrdəki məktəblər paytaxta nisbətən daha yaxşı nəticə göstərir".
Təhsili naziri rus bölməsi üzrə göstəricilərin Azərbaycan bölməsi ilə müqayisədə aşağı olduğunu deyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Məktəblilər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.06.2022
TƏHSİL
IX siniflər arasında oxuyub, yaza bilməyən şagirdlərin sayı açıqlanıb
Xəbər lenti
0