https://sputnik.az/20220610/ix-sinifler-arasinda-oxuyub-yaza-bilmeyen-sagirdlerin-sayi-aciqlanib-442761168.html
IX siniflər arasında oxuyub, yaza bilməyən şagirdlərin sayı açıqlanıb
IX siniflər arasında oxuyub, yaza bilməyən şagirdlərin sayı açıqlanıb
Sputnik Azərbaycan
Azərbaycanın 20 rayonunda şagirdlərin yazıb-oxumaq qabiliyyətinin olmadığı üzə çıxıb. 10.06.2022, Sputnik Azərbaycan
2022-06-10T12:41+0400
2022-06-10T12:41+0400
2022-06-10T12:45+0400
şagird
təhsil
abituriyent” jurnalı
https://cdnn1.img.sputnik.az/img/42321/72/423217254_0:53:1501:897_1920x0_80_0_0_ad2a46f7880bf3cdd0c35226bb60a22a.png
BAKI, 10 iyun — Sputnik. 2021-ci ildə IX sinif şagirdləri arasında oxuyub, yaza bilməyən şagirdlərin sayı 38 nəfər olub. Bu barədə "Abituriyent" jurnalının 12-ci sayında qeyd edilib.Bildirilib ki, IX sinif şagirdləri arasında nəinki tədris proqramını minimum mənimsəyənlər, hətta oxuyub-yazmaqda çətinlik çəkənlər və ya ümumiyyətlə, oxuyub-yazmağı bacarmayanlar da aşkar olunub:"Bu cür halların imtahan rəhbərlərinin əksəriyyətinin protokollarında qeyd olunmasını nəzərə alsaq, bu faktların daha çox olduğunu ehtimal etmək olar. Rayonlar üzrə oxumağı və yazmağı bacarmayan 9-cu sinif şagirdlərinin sayı aşağıdakı kimidir:Cəlilabad - 5 nəfər, Goranboy və Ucar rayonlarının hərəsində 4 nəfər, Füzuli, Masallı və Tərtər rayonlarının hərəsində 3 nəfər, Lerik və Şəmkir rayonlarının hərəsində 2 nəfər və Ağcabədi, Balakən, Beyləqan, Gədəbəy, Kəlbəcər, Kürdəmir, Lənkəran, Oğuz, Salyan, Şirvan, Tovuz və Zaqatala rayonlarının hərəsində 1 nəfər".Qeyd edək ki, bu il 9-cu sinif üzrə buraxılış imtahanında iştirak edən 43127 nəfərdən 392 nəfər imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğu üçün 7 nəfərin nəticəsi ləğv olunub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42321/72/423217254_7:0:1342:1001_1920x0_80_0_0_34f2cef53a42277cc4e6637d0b376648.pngSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
şagird, abituriyent” jurnalı
şagird, abituriyent” jurnalı
IX siniflər arasında oxuyub, yaza bilməyən şagirdlərin sayı açıqlanıb
12:41 10.06.2022 (Yenilənib: 12:45 10.06.2022) Azərbaycanın 20 rayonunda şagirdlərin yazıb-oxumaq qabiliyyətinin olmadığı üzə çıxıb.
BAKI, 10 iyun — Sputnik. 2021-ci ildə IX sinif şagirdləri arasında oxuyub, yaza bilməyən şagirdlərin sayı 38 nəfər olub. Bu barədə "Abituriyent" jurnalının 12-ci sayında qeyd edilib.
Bildirilib ki, IX sinif şagirdləri arasında nəinki tədris proqramını minimum mənimsəyənlər, hətta oxuyub-yazmaqda çətinlik çəkənlər və ya ümumiyyətlə, oxuyub-yazmağı bacarmayanlar da aşkar olunub:
"Bu cür halların imtahan rəhbərlərinin əksəriyyətinin protokollarında qeyd olunmasını nəzərə alsaq, bu faktların daha çox olduğunu ehtimal etmək olar. Rayonlar üzrə oxumağı və yazmağı bacarmayan 9-cu sinif şagirdlərinin sayı aşağıdakı kimidir:
Cəlilabad - 5 nəfər, Goranboy və Ucar rayonlarının hərəsində 4 nəfər, Füzuli, Masallı və Tərtər rayonlarının hərəsində 3 nəfər, Lerik və Şəmkir rayonlarının hərəsində 2 nəfər və Ağcabədi, Balakən, Beyləqan, Gədəbəy, Kəlbəcər, Kürdəmir, Lənkəran, Oğuz, Salyan, Şirvan, Tovuz və Zaqatala rayonlarının hərəsində 1 nəfər".
Qeyd edək ki, bu il 9-cu sinif üzrə buraxılış imtahanında iştirak edən 43127 nəfərdən 392 nəfər imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğu üçün 7 nəfərin nəticəsi ləğv olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.