Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Formula 2: Yarışda növbəti qəza baş verib

© AFP 2024 / ANDREJ ISAKOVICFormula 2 yarışı, arxiv şəkli
Formula 2 yarışı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.06.2022
Abunə olmaq
Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində ilk qəza bu gün səhər saatlarında baş verib.
BAKI, 10 iyun — Sputnik. Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində qəza baş verib.
"Campos Racing" komandasından Ralf Boşunqun bolidi sərbəst yürüşdə qoruyucu səddə çırpılıb. "Report"un xəbərinə görə, 25 yaşlı sürücü dönmə zamanı avtomobilini tarazlaya bilməyib. Nəticədə qırmızı bayraq qaldırılıb.
Xatırladaq ki, Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində ilk qəza bu gün səhər saatlarında baş verib. Belə ki, "MP Motorsport" komandasında çıxış edən Klement Novalakın bolidi sərbəst yürüş zamanı qoruyucu səddə çırpılıb.
Bakıda "Formula 2" üzrə Azərbaycan Qran-prisində sərbəst yürüş başa çatıb
"Hitech Grand Prix" komandasından Yuri Vips ən yaxşı nəticəni göstərib. "Carlin"dən Liam Louson ikinci, Vipsin komanda yoldaşı Markus Armstronq isə üçüncü olub.
Saat 16:30-da sıralama turu başlayacaq.
Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 12-dək davam edəcək.
Formula-1 üzrə Azərbaycan Qran-prisinə hazırlıq - Sputnik Azərbaycan, 1920, 10.06.2022
İDMAN
"Formula-1" üzrə Azərbaycan Qran-prisi start götürür
Xəbər lenti
0