https://sputnik.az/20220610/bakida-ondan-artiq-mekteb-direktoru-isden-cixarildi-442775395.html
Bakıda ondan artıq məktəb direktoru işdən çıxarıldı
Bakıda ondan artıq məktəb direktoru işdən çıxarıldı
Sputnik Azərbaycan
Müddətli müqavilə ilə fəaliyyət göstərən 2 məktəb direktoru isə daimi əsaslarla direktor vəzifəsinə təyin olunub. 10.06.2022, Sputnik Azərbaycan
2022-06-10T16:34+0400
2022-06-10T16:34+0400
2022-06-10T16:34+0400
məktəb
təhsil
direktor
https://cdnn1.img.sputnik.az/img/07e5/01/1c/426078674_0:0:3071:1728_1920x0_80_0_0_7304bbf65ac445748cb78605e06255dd.jpg
BAKI, 10 iyun — Sputnik. Son 9 ayda Bakıda 11 məktəb direktoru işdən çıxarılıb.2021-2022-ci tədris ili ərzində Bakı Şəhər Təhsil İdarəsinin tabeliyində olan bir sıra ümumi təhsil müəssisələrinə yeni direktor təyinatları həyata keçirilib, bəzi direktorların əmək müqaviləsinə xitam verilib, həmçinin bir sıra məktəb direktorlarının iş yerləri dəyişdirilib.Bu barədə "Report"a BŞTİ-dən məlumat verilib.Bildirilib ki, BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə 39 nəfər direktor vəzifəsinə təyin olunub, 16 direktorun iş yeri dəyişdirilib. 118 məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb. Çalışmanın yaş həddinə çatmış 43 direktorla müddətli əmək müqaviləsi bağlanıb.Müddətli müqavilə əsasında fəaliyyət göstərən 2 məktəb direktoru daimi əsaslarla direktor vəzifəsinə təyin edilib.BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində şəhidlərin ailə üzvləri, qazi və Vətən Müharibəsi iştirakçılarının işə qəbulu diqqət mərkəzində saxlanılır. Belə ki, 2021-2022-ci tədris ilində müvafiq müraciətlər əsasında vakant yerlər üzrə paytaxt məktəblərində 207 nəfər şəhid və qazi ailəsinin üzvü işə qəbul olunub.
https://sputnik.az/20220610/mtahanda-maksimum-bal-toplayanlarin-sayi-azalib---lginc-sebeb-442772118.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/1c/426078674_169:0:2900:2048_1920x0_80_0_0_db50f5bdc65d50919a2723de53ef9bf3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
məktəb, direktor
Bakıda ondan artıq məktəb direktoru işdən çıxarıldı
Müddətli müqavilə ilə fəaliyyət göstərən 2 məktəb direktoru isə daimi əsaslarla direktor vəzifəsinə təyin olunub.
BAKI, 10 iyun — Sputnik. Son 9 ayda Bakıda 11 məktəb direktoru işdən çıxarılıb.
2021-2022-ci tədris ili ərzində Bakı Şəhər Təhsil İdarəsinin tabeliyində olan bir sıra ümumi təhsil müəssisələrinə yeni direktor təyinatları həyata keçirilib, bəzi direktorların əmək müqaviləsinə xitam verilib, həmçinin bir sıra məktəb direktorlarının iş yerləri dəyişdirilib.
Bu barədə "Report"a BŞTİ-dən məlumat verilib.
Bildirilib ki, BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə 39 nəfər direktor vəzifəsinə təyin olunub, 16 direktorun iş yeri dəyişdirilib. 118 məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb. Çalışmanın yaş həddinə çatmış 43 direktorla müddətli əmək müqaviləsi bağlanıb.
Müddətli müqavilə əsasında fəaliyyət göstərən 2 məktəb direktoru daimi əsaslarla direktor vəzifəsinə təyin edilib.
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində şəhidlərin ailə üzvləri, qazi və Vətən Müharibəsi iştirakçılarının işə qəbulu diqqət mərkəzində saxlanılır. Belə ki, 2021-2022-ci tədris ilində müvafiq müraciətlər əsasında vakant yerlər üzrə paytaxt məktəblərində 207 nəfər şəhid və qazi ailəsinin üzvü işə qəbul olunub.