SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan-Ermənistan arasında avtomobil marşrutu üzrə saziş tamamlanmaq üzrədir - Lavrov

© SputnikRusiyanın xarici işlər naziri Sergey Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov - Sputnik Azərbaycan, 1920, 09.06.2022
Abunə olmaq
Rusiya XİN rəhbəri qeyd edib ki, dəmir yolu marşrutu razılaşdırılıb, hazırda avtomobil marşrutu haqqında saziş və qurulacaq rejim haqqında saziş tamamlanmaq üzrədir.
BAKI, 9 iyun — Sputnik. Ermənistan və Azərbaycan arasında avtomobil nəqliyyatı dəhlizinin koordinasiyası bu ölkələrin və Rusiyanın baş nazir müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrupu çərçivəsində aparılır və yekun mərhələdədir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla danışıqların yekunlarına dair birgə mətbuat konfransında deyib.
"Bildiyiniz kimi, dəmir yolu marşrutu razılaşdırılıb, hazırda avtomobil marşrutu haqqında saziş və qurulacaq rejim haqqında saziş tamamlanmaq üzrədir", - Rusiya XİN rəhbəri qeyd edib.
Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən gün Yerevana gəlib. İyunun 10-da Sergey Lavrov Yerevanda KTMT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.
Ermənistan Xarici İşlər Nazirliyi Rusiya XİN rəhbərinin Yerevanda Ermənistanın Baş naziri Nikol Paşinyan və Prezident Vahan Xaçaturyanla görüşəcəyini bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla - Sputnik Azərbaycan, 1920, 09.06.2022
RUSİYA
Lavrov: "Ermənistan və Azərbaycan arasında yekun razılaşmalar əldə olunacaq"
Xəbər lenti
0