https://sputnik.az/20220608/veremin-askarlanmasina-dair-butun-risk-qruplari-arasinda-kutlevi-skrininqler-aparilacaq-442686201.html
Vərəmin aşkarlanmasına dair bütün risk qrupları arasında kütləvi skrininqlər aparılacaq
Vərəmin aşkarlanmasına dair bütün risk qrupları arasında kütləvi skrininqlər aparılacaq
Sputnik Azərbaycan
Məqsəd vərəm hallarının erkən aşkarlanmasına dəstək olmaq, vərəmin ən çox yayıldığı rayonlarda yaşayan insanlar üçün vərəmin müayinə və müalicəsinə əlçatanlığı... 08.06.2022, Sputnik Azərbaycan
2022-06-08T23:38+0400
2022-06-08T23:38+0400
2022-06-08T23:38+0400
vərəm
səhiyyə
xəstəlik
https://cdnn1.img.sputnik.az/img/42357/96/423579675_0:0:1999:1125_1920x0_80_0_0_21ec2f3a0c3eb18872e9e3f64c12f0fa.jpg
BAKI, 8 iyun — Sputnik. İyunun 8-də Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda (ETACXİ) Yaponiyanın "Fujifilm" şirkətinə məxsus "FDR X-air" portativ rentgen avadanlığının satın alınması ilə əlaqədar layihənin açılış mərasimi keçirilib.Süni intellektə malik portativ rentgen aparatı beynəlxalq təşkilat "Stop TB Partnerşip" qurumunun konsultativ dəstəyi və Yaponiyanın ölkəmizdəki səfirliyinin maliyyə yardımı ilə vərəm əleyhinə QHT koalisiyasının aparıcı təşkilatı olan "Sağlamlığa xidmət" İctimai Birliyi (İB) tərəfindən Azərbaycana gətirilib.Məqsəd Azərbaycanda vərəm hallarının erkən aşkarlanmasına dəstək olmaq, vərəmin ən çox yayıldığı rayonlarda və xüsusilə ucqar ərazilərdə yaşayan insanlar üçün vərəmin müayinə və müalicəsinə əlçatanlığı təmin etmək, vərəmlə mübarizə işinin bütün tibb xidmətlərinə inteqrasiyasını gücləndirmək, bütün risk qrupları arasında sistematik skrininq aparmaqdan ibarətdir.Qeyd edək ki, "Sağlamlığa xidmət" İB, adıçəkilən müasir rentgen aparatının köməyi ilə 2 il ərzində "Vərəmin aşkarlanmasına dəstək" layihəsində istifadə edəcək və layihənin davamlılığının təmin olunması məqsədi ilə 2023-cü ilin sonunda İB tərəfindən əldə edilən bu portativ rentgen aparatı ETACXİ-yə təhvil veriləcək.
https://sputnik.az/20210909/QS-v-vrm-xstlri-il-bal-son-durum-427879722.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42357/96/423579675_0:0:1765:1324_1920x0_80_0_0_301c1a37d7b2693311810b73c61f0c91.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
vərəm, xəstəlik
Vərəmin aşkarlanmasına dair bütün risk qrupları arasında kütləvi skrininqlər aparılacaq
Məqsəd vərəm hallarının erkən aşkarlanmasına dəstək olmaq, vərəmin ən çox yayıldığı rayonlarda yaşayan insanlar üçün vərəmin müayinə və müalicəsinə əlçatanlığı təmin etməkdir
BAKI, 8 iyun — Sputnik. İyunun 8-də Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda (ETACXİ) Yaponiyanın "Fujifilm" şirkətinə məxsus "FDR X-air" portativ rentgen avadanlığının satın alınması ilə əlaqədar layihənin açılış mərasimi keçirilib.
Süni intellektə malik portativ rentgen aparatı beynəlxalq təşkilat "Stop TB Partnerşip" qurumunun konsultativ dəstəyi və Yaponiyanın ölkəmizdəki səfirliyinin maliyyə yardımı ilə vərəm əleyhinə QHT koalisiyasının aparıcı təşkilatı olan "Sağlamlığa xidmət" İctimai Birliyi (İB) tərəfindən Azərbaycana gətirilib.
Məqsəd Azərbaycanda vərəm hallarının erkən aşkarlanmasına dəstək olmaq, vərəmin ən çox yayıldığı rayonlarda və xüsusilə ucqar ərazilərdə yaşayan insanlar üçün vərəmin müayinə və müalicəsinə əlçatanlığı təmin etmək, vərəmlə mübarizə işinin bütün tibb xidmətlərinə inteqrasiyasını gücləndirmək, bütün risk qrupları arasında sistematik skrininq aparmaqdan ibarətdir.
Qeyd edək ki, "Sağlamlığa xidmət" İB, adıçəkilən müasir rentgen aparatının köməyi ilə 2 il ərzində "Vərəmin aşkarlanmasına dəstək" layihəsində istifadə edəcək və layihənin davamlılığının təmin olunması məqsədi ilə 2023-cü ilin sonunda İB tərəfindən əldə edilən bu portativ rentgen aparatı ETACXİ-yə təhvil veriləcək.