Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Şəhriyar Məmmədyarov növbəti qələbəyə imza atdı

© Sputnik / Murad OrujovŞəhriyar Məmmədyarov, arxiv şəkli
Şəhriyar Məmmədyarov, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.06.2022
Abunə olmaq
Şahmatçımız 11.5 xalla 3-cü, Teymur Rəcəbov ümumi nəticələrə görə, 5 xalla sonuncu yerdədir.
BAKI, 8 iyun — Sputnik. Norveçin Stavanger şəhərində “Norway Chess” beynəlxalq şahmat turnirində növbəti turun oyunları keçirilib.
Yeddinci turda Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov niderlandlı Aniş Giriyə qalib gəlib. Bununla da o, xalların sayını 11,5-ə çatdırıb və 10 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb.
Teymur Rəcəbov isə Hindistan təmsilçisi Vişvanatan Ananda “armageddon”da uduzub. T.Rəcəbov ümumi nəticələrə görə, 5 xalla sonuncu yerdədir.
Reqlamentə əsasən, qələbəyə görə şahmatçılara üç xal verilir. Heç-heçə olacağı təqdirdə iştirakçılar qalibi “armageddon”da (qeyri-adi şərtlərlə həlledici şahmat fəndi) müəyyənləşdirirlər.
Qeyd edək ki, “Norway Chess” turniri iyunun 10-dək davam edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0