Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Avropanın top komandalarının iyun reytinqi açıqlanıb

© Sputnik / Murad OrujovKonfrans Liqası: "Qarabağ" - "Aberdin" oyunu
Konfrans Liqası: Qarabağ - Aberdin oyunu - Sputnik Azərbaycan, 1920, 08.06.2022
Abunə olmaq
Azərbaycan reytinqdə üç komanda ilə təmsil olunub. Premyer Liqanın çempionu "Qarabağ" ölkəmizin ən yaxşı təmsilçisidir.
BAKI, 8 iyun — Sputnik. Avropanın top komandalarının iyun reytinqi açıqlanıb. Apasport.az saytının məlumatına görə, siyahıda qitənin 450 ən güclü klubu yer alıb.
Azərbaycan reytinqdə üç komanda ilə təmsil olunub. Premyer Liqanın çempionu "Qarabağ" ölkəmizin ən yaxşı təmsilçisidir.
Qurban Qurbanovun yetirmələri 183 xala malikdir. Ağdam klubu 80-ci yerdəki mövqeyini qoruyub.
"Neftçi" 3 pilləlik irəliləyişə nail olub. Samir Abasovun komandası 33 xalla qitədə 214-cüdür. İki addım yüksələn "Qəbələ" 5 xalla 370-ci sırada qərarlaşıb.
Qeyd edək ki, siyahıya 2211 xala malik "Real" başçılıq edir. "Bavariya"nın 1695, "Liverpul"un 1645 xalı var.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0