https://sputnik.az/20220607/ermenistan-muxalifetinin-a-numayendeliyinden-telebi-var-442629742.html
Ermənistan müxalifətinin Aİ nümayəndəliyindən tələbi var
Ermənistan müxalifətinin Aİ nümayəndəliyindən tələbi var
Sputnik Azərbaycan
İşxan Saqatelyan bildirib ki, Avropa İttifaqının nümayəndəliyindən polisin etirazçılara qarşı hərəkətlərinə qiymət verilməsini tələb edəcəklər. 07.06.2022, Sputnik Azərbaycan
2022-06-07T13:27+0400
2022-06-07T13:27+0400
2022-06-07T13:30+0400
ermənistan
dünya xəbərləri
müxalifət
tələb
ai
dağlıq qarabağ
https://cdnn1.img.sputnik.az/img/07e6/05/19/442223275_0:129:3181:1918_1920x0_80_0_0_bfd50291ade53181a69b99f8a211a482.jpg
BAKI, 7 iyun — Sputnik. Baş nazir Nikol Paşinyanın istefasını tələb edən Ermənistan müxalifətinin nümayəndələri Aİ-nin Yerevandakı ofisinin binasına doğru gedirlər. Bu barədə Ermənistan mediası məlumat yayıb.Aİ-nin ofis binası iyunun 3-də nümayişçilərin polislə toqquşduğu, nəticədə onlarla insanın yaralandığı, 13 nəfərin saxlandığı hökumət iqamətgahının yanında yerləşir. Faktla bağlı "kütləvi iğtişaşlar" maddəsi ilə cinayət işi başlanıb.Bir müddət əvvəl Ermənistan müxalifət fraksiyasından parlamentin vitse-spikeri İşxan Saqatelyan bildirib ki, nümayişçilər Avropa İttifaqının nümayəndəliyindən polisin etirazçılara qarşı hərəkətlərinə qiymət verilməsini tələb edəcəklər. Saqatelyan həmçinin bildirib ki, müxalifət ölkədə akkreditə olunmuş diplomatik missiyaların nümayəndələri ilə görüş tələb edəcək.Aprelin 25-dən Ermənistanın hər yerində müxalifət etiraz aksiyaları keçirilir. Onlar hesab edirlər ki, hazırkı hakimiyyətin siyasəti Ermənistan və ermənilərin Dağlıq Qarabağda xəyalını qurduqları qondarma rejim üçün dağıdıcıdır. Bu, erməni tərəfini nəinki yeni güzəştlərlə, həm də dövlətçiliyinin itirilməsi təhlükəsi ilə üz-üzə qoyub.
https://sputnik.az/20220525/ermenistan-tehlukesizlik-surasinin-binasi-muhasireye-alindi-442223302.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/19/442223275_226:0:2955:2047_1920x0_80_0_0_4bbd4afd9c68261d5488120fb6eb32dd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ermənistan, müxalifət, tələb, ai, dağlıq qarabağ
ermənistan, müxalifət, tələb, ai, dağlıq qarabağ
Ermənistan müxalifətinin Aİ nümayəndəliyindən tələbi var
13:27 07.06.2022 (Yenilənib: 13:30 07.06.2022) İşxan Saqatelyan bildirib ki, Avropa İttifaqının nümayəndəliyindən polisin etirazçılara qarşı hərəkətlərinə qiymət verilməsini tələb edəcəklər.
BAKI, 7 iyun — Sputnik. Baş nazir Nikol Paşinyanın istefasını tələb edən Ermənistan müxalifətinin nümayəndələri Aİ-nin Yerevandakı ofisinin binasına doğru gedirlər. Bu barədə Ermənistan mediası məlumat yayıb.
Aİ-nin ofis binası iyunun 3-də nümayişçilərin polislə toqquşduğu, nəticədə onlarla insanın yaralandığı, 13 nəfərin saxlandığı hökumət iqamətgahının yanında yerləşir. Faktla bağlı "kütləvi iğtişaşlar" maddəsi ilə cinayət işi başlanıb.
Bir müddət əvvəl Ermənistan müxalifət fraksiyasından parlamentin vitse-spikeri İşxan Saqatelyan bildirib ki, nümayişçilər Avropa İttifaqının nümayəndəliyindən polisin etirazçılara qarşı hərəkətlərinə qiymət verilməsini tələb edəcəklər. Saqatelyan həmçinin bildirib ki, müxalifət ölkədə akkreditə olunmuş diplomatik missiyaların nümayəndələri ilə görüş tələb edəcək.
Aprelin 25-dən Ermənistanın hər yerində müxalifət etiraz aksiyaları keçirilir. Onlar hesab edirlər ki, hazırkı hakimiyyətin siyasəti Ermənistan və ermənilərin Dağlıq Qarabağda xəyalını qurduqları qondarma rejim üçün dağıdıcıdır. Bu, erməni tərəfini nəinki yeni güzəştlərlə, həm də dövlətçiliyinin itirilməsi təhlükəsi ilə üz-üzə qoyub.