DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistan Təhlükəsizlik Şurasının binası mühasirəyə alındı

© Sputnik Арам Нерсесян / Mediabanka keçidErmənistan
Ermənistan  - Sputnik Azərbaycan, 1920, 25.05.2022
Abunə olmaq
"Müqavimət" hərəkatının liderlərindən İşxan Saqatelyan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Ermənistan hakimiyyətinin etdiyi güzəştlərə müxtəlif yollarla bəraət qazandırmağa çalışdığını bildirib.
BAKI, 25 may — Sputnik. Ermənistanda müxalifət tərəfdarları Yerevanda yerləşən Ermənistan Təhlükəsizlik Şurasının binasını mühasirəyə alıblar. Bu barədə "Müqavimət" hərəkatının liderlərindən İşxan Saqatelyan məlumat verib.
"Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan hər gün Ermənistan hakimiyyətinin etdiyi güzəştlərə müxtəlif yollarla haqq və bəraət qazandırmağa çalışır. O, prezidentlə birlikdə Ermənistan tərəfinin itkilərinə töhfə verir", - deyə müxalifət təmsilçisi bildirib.
Xatırladaq ki, bundan əvvəl fəallar prezident iqamətgahının binasını mühasirəyə almışdılar. Etirazçılar hesab edirlər ki, prezident Vahanq Xaçaturyan Ermənistanın maraqlarını müdafiə etmir. İqamətgahın yaxınlığında polislə müxalifətçilər arasında kiçik toqquşma olub, sonra vəziyyət stabilləşib.
Aprelin 25-dən Ermənistanın hər yerində müxalifət etiraz aksiyaları keçirilir. Onlar hesab edirlər ki, hazırkı hakimiyyətin siyasəti Ermənistan və ermənilərin Dağlıq Qarabağda xəyalını qurduqları qondarma rejim üçün dağıdıcıdır. Bu, erməni tərəfini nəinki yeni güzəştlərlə, həm də dövlətçiliyinin itirilməsi təhlükəsi ilə üz-üzə qoyub.
Qeyd edək ki, mayın 22-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib. Şarl Mişel görüşdən sonra verdiyi açıqlamada bildirib ki, liderlər Ermənistan ilə Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsinə dair müzakirəni davam etdirmək barədə razılığa gəliblər. Yaxın həftələrdə xarici işlər nazirlərinin başçılıq etdikləri nümayəndə heyətləri bu prosesi davam etdirəcəklər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0