Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan, 1920
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycandan Həcc ziyarəti üçün sənəd qəbulu başa çatıb

© AP Photo / Jon GambrellHəcc
Həcc  - Sputnik Azərbaycan, 1920, 07.06.2022
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Səfər üçün 4 təyyarə ayrılacaq. İlk zəvvar qrupunun səfəri iyunun 29-da baş tutacaq
BAKI, 7 iyun — Sputnik. Bu il Azərbaycandan Həcc ziyarəti üçün səfər etmək istəyənlərin sənəd qəbulu başa çatıb.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri Vüsal Cahangirinin verdiyi məlumata görə, artıq siyahıyaalma və qruplaşma prosesi gedir:
Şöbə müdirinin "Report"a verdiyi açıqlamaya görə, yaxın günlərdə həmin şəxslərə vizaların verilməsinə başlanılacaq.
QMİ rəsmisi qeyd edib ki, bütün kvota dolub. Onun sözlərinə görə, 16 qrup olacaq. Hər təyyarədə 4 qrup olacaq ki, hər qrupda da 45-ə yaxın zəvvarın olması planlaşdırılır. Səfər üçün 4 təyyarə ayrılacaq. İlk zəvvar qrupunun səfəri iyunun 29-da baş tutacaq. Növbəti səfərlər iyunun 30-u, iyulun 1-i və 2-də olacaq.
Xatırladaq ki, builki Həcc ziyarətinə Azərbaycan zəvvarları üçün 680 nəfərlik kvota ayrılıb. Ziyarətin qiyməti 9106 manat müəyyən olunub. Həcc ziyarətinə gedənlər Səudiyyə Ərəbistanı Krallığına daxil olmazdan 72 saat əvvəl PCR test verilməlidir. Bundan başqa, iki doza vaksin tələb olunur. 30.06.1957 təvəllüddən aşağı olan şəxslərin Həcc ziyarətinə icazə verilmir.
Qeyd edək ki, Həcc ziyarətini Azərbaycanda Qafqaz Müsəlmanları İdarəsi təşkil edir. Son iki ildə koronavirus pandemiyası səbəbindən Azərbaycandan Həcc ziyarətinə gedən olmayıb.
Həcc  - Sputnik Azərbaycan, 1920, 24.05.2022
CƏMİYYƏT
Azərbaycandan Həcc ziyarəti üçün qiymət müəyyənləşib
Xəbər lenti
0