CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycandan Həcc ziyarəti üçün qiymət müəyyənləşib

© Photo : Saudi Ministry of Media / AFPHəcc
Həcc  - Sputnik Azərbaycan, 1920, 24.05.2022
Abunə olmaq
Ziyarətə gedənlər Səudiyyə Ərəbistanı Krallığına daxil olmazdan 72 saat əvvəl PCR test verilməlidir. Bundan başqa, iki doza vaksin tələb olunur. 30.06.1957-ci il tarixdən sonra anadan olan şəxslərin Həcc ziyarətinə icazə verilmir.
BAKI, 24 may — Sputnik. Bu il Azərbaycana Həcc ziyarəti üçün 680 nəfərlik kvota ayrılıb. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri məlumat verib.
Vüsal Cahangirinin "Report"a verdiyi açıqlamasına görə, Həcc ziyarətinin qiyməti 5 350 ABŞ dolları müəyyən olunub. Ziyarət səfərinin iyunun 24-dən iyulun 20-nə qədər həyata keçirilməsi planlaşdırılır.
Məlumat üçün bildirək ki, Səudiyyə Ərəbistanı Həcc və Ümrə Nazirliyi bu il ölkənin daxili və xaricdən bir milyon zəvvarı qəbul edəcəyini açıqlayıb.
Tələblərə görə, bu il Həcc ziyarətinə gələcək zəvvarlar 65 yaşına qədər olmalı, COVID-19-a qarşı peyvənd olunmalı, Səudiyyə Ərəbistanına gəlməzdən 72 saat ərzində COVID testi neqativ olmalıdır.
Bu il Azərbaycandan həcc ziyarətinə gedən şəxslərdən koronavirus əleyhinə hansı peyvəndin tələb olunacağı açıqlanıb. Qafqaz Müsəlmanları İdarəsindən bildirilib ki, ölkəmizdə COVID-19 əleyhinə istifadə olunan bütün peyvəndlər Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyi tərəfindən qəbul edilir.
QMİ-yə daxil olan məktubda peyvəndlərin adları təqdim olunub. Həmin sənədlərdə Azərbaycanda istifadə olunan "SinoVac", "Pfizer/Biontech", "Sputnik", "AstraZeneca" peyvəndlərinin adları var.
Xatırladaq ki, 2020-2021-ci illərdə Azərbaycandan pandemiya ilə əlaqədar bu ziyarətə gedən olmayıb. Bu il Azərbaycandan olan zəvvarların Həcc ziyarətinə icazə verilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0