Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Bakıdakı "Formula-1" yarışı "Netflix"də

© AFP 2023 / CHRIS DELMASNetflix
Netflix - Sputnik Azərbaycan, 1920, 06.06.2022
Abunə olmaq
Buraxdığı səhvdən sonra Luis Hemiltonun "Mercedes" komandasının rəhbəri Toto Vulf ilə söhbət zamanı səsləndirdiyi "Bakı yuxularıma kabus kimi girir" fikri "Drive to survive" izləyicilərinin diqqətindən qaçmayıb
BAKI, 6 iyun — Sputnik. ABŞ-ın məşhur "Netflix" onlayn platformasının nümayəndələri "Formula-1" Azərbaycan Qran-Prisi çərçivəsində ölkəmizə səfər edəcəklər. "Formula-1" yarışlarından bəhs edən, qısa zamanda böyük tamaşaçı marağı qazanmış "Drive to survive" sənədli serialının 5-ci mövsümündə Bakı yarışının həyəcanlı anları da yer alacaq.
AZƏRTAC xəbər verir ki, maraqlı idman mübarizəsi ilə yadda qalan öncəki Bakı yarışlarının görüntülərinə də serialda yer verilib. 2018-ci ildə "Red Bull" komandasının pilotlarının toqquşması, 2021-ci ildə Maks Verstappenin yarışın bitməsinə üç dövrə qalmış qəzaya uğraması, Luis Hamiltonun yarışın restartındakı böyük səhvi kimi dramatik səhnələr Bakı yarışını daha da unudulmaz edib.
"Bakı yuxularıma kabus kimi girir", - buraxdığı səhvdən sonra Luis Hamiltonun "Mercedes" komandasının rəhbəri Toto Vulf ilə söhbət zamanı səsləndirdiyi fikir "Drive to survive" izləyicilərinin diqqətindən qaçmayıb.
Serial yayımlandığı dörd mövsüm ərzində azarkeşlərə "Formula-1" yarışlarının maraqlı məqamlarını, komanda və pilotların real hazırlıq prosesini, həyəcanlı görüntülərini, bir sözlə, F-1 ruhunu daha yaxından hiss etdirməyi bacarıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Formula 1 - Sputnik Azərbaycan, 1920, 06.06.2022
PAYTAXT XƏBƏRLƏRİ
Bakıda "Formula 1"ə görə bəzi bağlanan və sıxlıq müşahidə olunan yollar hansılardır
Xəbər lenti
0