https://sputnik.az/20220605/ukraynadan-taxil-ixrac-edilmezse-yeni-muharibeler-baslayacaq---luici-di-mayo-442565206.html
Ukraynadan taxıl ixrac edilməzsə, yeni müharibələr başlayacaq - Luici Di Mayo
Ukraynadan taxıl ixrac edilməzsə, yeni müharibələr başlayacaq - Luici Di Mayo
Sputnik Azərbaycan
İtaliyanın xarici işlər naziri bildirib ki, taxıl ixrac edilməzsə, terrorun yeni təzahürləri və Afrika ölkələrindən böyük miqrant axını olacaq. 05.06.2022, Sputnik Azərbaycan
2022-06-05T16:27+0400
2022-06-05T16:27+0400
2022-06-05T17:19+0400
dünya xəbərləri
taxıl
ukrayna
ixrac
italiya
afrika
https://cdnn1.img.sputnik.az/img/07e6/05/15/442127734_0:347:3024:2048_1920x0_80_0_0_46870e48cf47853e7dc183411595b349.jpg
BAKI, 5 iyun - Sputnik. Ukrayna limanlarından taxıl ixrac edilməzsə, Afrikada yeni müharibələr başlayacaq, dövlət çevrilişləri və Avropaya miqrant axını olacaq. TASS xəbər verir ki, o, bu fikri bazar günü Neapolda jurnalistlər qarşısında İtaliyanın xarici işlər naziri Luici Di Mayo səsləndirib."Ukrayna limanlarından dərhal taxıl ixrac etmək lazımdır. Əgər biz taxıl ixrac etməsək, Afrikada yeni müharibələr, yeni dövlət çevrilişləri, terrorun yeni təzahürləri və həmin ölkələrdən böyük miqrant axını olacaq. Biz isə buna imkan verə bilmərik”, - deyə Xarici İşlər Naziri bildirib.XİN rəhbəri bir gün əvvəl artıq dünyada taxıl müharibəsi gedir fikrini səsləndirmişdi.İyunun 8-də Romanın təşəbbüsü ilə Aralıq dənizi ölkələrinin nümayəndələrinin iştirakı ilə onlayn formatda ərzaq təhlükəsizliyi ilə bağlı iclas keçiriləcək.“Rossiya-1” televiziyasına müsahibəsində Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Kiyev öz limanlarını minalardan təmizləyərsə, Moskva Ukrayna taxılını daşıyan gəmilərin maneəsiz keçidinə zəmanət verəcək və malların Rusiyanın nəzarətində olan Berdyansk və Mariupol limanları vasitəsilə ixracını təmin edə bilər.Rusiya liderinin sözlərinə görə, Ukrayna quru yolu ilə də taxıl ixrac edə bilər və ən məntiqli marşrut Belarusdur, lakin Qərbin sanksiyaları buradan götürülməli olacaq.Putin qlobal ərzaq bazarında problemlərin 2020-ci ilin fevralında başladığını da xatırladıb. O, Rusiyanın guya Ukrayna limanlarında taxılın qarşısını alması ilə bağlı iddiaları blef adlandırıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220605/a-nin-sanksiyalari-dunya-iqtisadiyyatina-zerbe-vura-biler-442549185.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/15/442127734_59:0:2790:2048_1920x0_80_0_0_18623c4f04ad4b9116b690d6c41e18d5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
taxıl, ukrayna, ixrac, italiya, afrika
taxıl, ukrayna, ixrac, italiya, afrika
Ukraynadan taxıl ixrac edilməzsə, yeni müharibələr başlayacaq - Luici Di Mayo
16:27 05.06.2022 (Yenilənib: 17:19 05.06.2022) İtaliyanın xarici işlər naziri bildirib ki, taxıl ixrac edilməzsə, terrorun yeni təzahürləri və Afrika ölkələrindən böyük miqrant axını olacaq.
BAKI, 5 iyun - Sputnik. Ukrayna limanlarından taxıl ixrac edilməzsə, Afrikada yeni müharibələr başlayacaq, dövlət çevrilişləri və Avropaya miqrant axını olacaq. TASS xəbər verir ki, o, bu fikri bazar günü Neapolda jurnalistlər qarşısında İtaliyanın xarici işlər naziri Luici Di Mayo səsləndirib.
"Ukrayna limanlarından dərhal taxıl ixrac etmək lazımdır. Əgər biz taxıl ixrac etməsək, Afrikada yeni müharibələr, yeni dövlət çevrilişləri, terrorun yeni təzahürləri və həmin ölkələrdən böyük miqrant axını olacaq. Biz isə buna imkan verə bilmərik”, - deyə Xarici İşlər Naziri bildirib.
XİN rəhbəri bir gün əvvəl artıq dünyada taxıl müharibəsi gedir fikrini səsləndirmişdi.
İyunun 8-də Romanın təşəbbüsü ilə Aralıq dənizi ölkələrinin nümayəndələrinin iştirakı ilə onlayn formatda ərzaq təhlükəsizliyi ilə bağlı iclas keçiriləcək.
“Rossiya-1” televiziyasına müsahibəsində Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Kiyev öz limanlarını minalardan təmizləyərsə, Moskva Ukrayna taxılını daşıyan gəmilərin maneəsiz keçidinə zəmanət verəcək və malların Rusiyanın nəzarətində olan Berdyansk və Mariupol limanları vasitəsilə ixracını təmin edə bilər.
Rusiya liderinin sözlərinə görə, Ukrayna quru yolu ilə də taxıl ixrac edə bilər və ən məntiqli marşrut Belarusdur, lakin Qərbin sanksiyaları buradan götürülməli olacaq.
Putin qlobal ərzaq bazarında problemlərin 2020-ci ilin fevralında başladığını da xatırladıb. O, Rusiyanın guya Ukrayna limanlarında taxılın qarşısını alması ilə bağlı iddiaları blef adlandırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.