https://sputnik.az/20220605/a-nin-sanksiyalari-dunya-iqtisadiyyatina-zerbe-vura-biler-442549185.html
Aİ-nin sanksiyaları dünya iqtisadiyyatına zərbə vura bilər
Aİ-nin sanksiyaları dünya iqtisadiyyatına zərbə vura bilər
Sputnik Azərbaycan
"New York Times"ın məqaləsində qeyd olunur ki, neftin qiyməti artmaqda davam edərsə, onun satışından Rusiyanın ümumi gəliri cüzi olaraq azalacaq. 05.06.2022, Sputnik Azərbaycan
2022-06-05T12:23+0400
2022-06-05T12:23+0400
2022-06-05T12:37+0400
ai
dünya xəbərləri
sanksiyalar
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e5/07/16/427516514_0:292:3072:2020_1920x0_80_0_0_4a015504e8c95609aaeeadd315cef044.jpg
BAKI, 5 iyun — Sputnik. Aİ-nin Rusiya neftinin idxalını tədricən dayandırması Rusiya iqtisadiyyatına deyil, dünya iqtisadiyyatına zərbə vura bilər. "Gazet.ru" xəbər verir ki, bu barədə "New York Times"ın köşə yazarı Klifford Kraussun materialında deyilir.Analitikin fikrincə, Rusiyadan xammala məhdudiyyətlərin qoyulması qərarı Moskvanın gəlirlərinin azalmasını şərtləndirirdi.Amerika qəzetinin köşə yazarı əlavə edib ki, neftin qiyməti artmaqda davam edərsə, onun satışından Rusiyanın ümumi gəliri cüzi olaraq azalacaq.“Avropa şirkətləri neft axtarışında dünyanı gəzməli olacaqlar. Onların neft emalı zavodları çətin ki, Rusiyadakı kimi asanlıqla işləyə bilsin”, - Krauss qeyd edib.Ukraynada nə baş verirXatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220605/rusiya-sanksiyalari-almanlara-5-milyard-avroya-basa-gelecek-442547312.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/16/427516514_176:0:2907:2048_1920x0_80_0_0_16ec2dc972e2eae1d72d43ff8f4dbc48.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ai, sanksiyalar, rusiya
Aİ-nin sanksiyaları dünya iqtisadiyyatına zərbə vura bilər
12:23 05.06.2022 (Yenilənib: 12:37 05.06.2022) "New York Times"ın məqaləsində qeyd olunur ki, neftin qiyməti artmaqda davam edərsə, onun satışından Rusiyanın ümumi gəliri cüzi olaraq azalacaq.
BAKI, 5 iyun — Sputnik. Aİ-nin Rusiya neftinin idxalını tədricən dayandırması Rusiya iqtisadiyyatına deyil, dünya iqtisadiyyatına zərbə vura bilər. "Gazet.ru" xəbər verir ki, bu barədə "New York Times"ın köşə yazarı Klifford Kraussun materialında deyilir.
Analitikin fikrincə, Rusiyadan xammala məhdudiyyətlərin qoyulması qərarı Moskvanın gəlirlərinin azalmasını şərtləndirirdi.
“Onlar ümid edirlər ki, sanksiyalar Rusiya neft şirkətlərini quyularını bağlamağa məcbur edəcək, çünki ölkə yeni alıcılar axtararkən nefti saxlaya biləcəyi çoxlu anbarları yoxdur. Lakin bu cəhd təhlükəlidir və uğursuz ola bilər”, - Krauss vurğulayıb.
Amerika qəzetinin köşə yazarı əlavə edib ki, neftin qiyməti artmaqda davam edərsə, onun satışından Rusiyanın ümumi gəliri cüzi olaraq azalacaq.
“Avropa şirkətləri neft axtarışında dünyanı gəzməli olacaqlar. Onların neft emalı zavodları çətin ki, Rusiyadakı kimi asanlıqla işləyə bilsin”, - Krauss qeyd edib.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.