https://sputnik.az/20220605/qazaxistan-deyisikliklerin-astanasinda-442548632.html
Qazaxıstan dəyişikliklərin astanasında
Qazaxıstan dəyişikliklərin astanasında
Sputnik Azərbaycan
MDB Parlamentlərarası Assambleya Şurasından olan müşahidəçilər qrupunun 57 üzvü Qazaxıstanda keçirilən referendumu izləyir. 05.06.2022, Sputnik Azərbaycan
2022-06-05T11:03+0400
2022-06-05T11:03+0400
2022-06-05T11:05+0400
dünya xəbərləri
referendum
qazaxıstan
https://cdnn1.img.sputnik.az/img/07e6/06/05/442546765_0:0:1498:844_1920x0_80_0_0_9432b474cbdeb7de9c858c6129798362.jpg
BAKI, 5 iyun — Sputnik. Azərbaycan ərazisində daimi və ya müvəqqəti yaşayan Qazaxıstan vətəndaşları ölkə Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendumda iştirak edirlər.Nəcəfqulu Rəfiyev, 14 ünvanında yerləşən Qazaxıstan səfirliyində 262 saylı seçki məntəqəsi fəaliyyət göstərir.Qazaxıstan vətəndaşları saat 7.00-dan 20.00-dək seçki məntəqəsində səs verə bilərlər.Qazaxıstanın hər bir yetkin vətəndaşı referendumda iştirak edə bilər.Qazaxıstan Respublikasının Mərkəzi Referendum Komissiyası MDB Parlamentlərarası Assambleya Şurasından olan müşahidəçilər qrupunun 57 üzvünü akkreditə edib. Onların arasında Azərbaycan, Ermənistan, Belarus, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın deputatları və senatorları da var.Qrupun tərkibinə MDB PA Şurası Katibliyinin əməkdaşları və MDB PA-nın Üzv Dövlətlərinin Demokratiyanın, Parlamentarizmin və Vətəndaşların Seçki Hüquqlarına əməl olunmasının İnkişafının Monitorinqi üzrə Beynəlxalq İnstitutun ekspertləri də daxildir.MDB PA-dan olan beynəlxalq müşahidəçilər Nur-Sultan və Qazaxıstan Respublikasının vilayətlərində, eləcə də xaric ölkələrdəki seçki məntəqələrində monitorinqlər aparacaqlar.Beynəlxalq müşahidəçilər ölkənin Xarici İşlər Nazirliyinin dəvəti ilə Qazaxıstan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendumu izləyəcəklər.Azərbaycan Respublikası Milli Məclisinin Aqrar siyasət komitəsinin sədr müavini Sabir Hacıyev MDB PA-dan olan müşahidəçilər qrupunun əlaqələndiricisi təyin edilib.Xatırladaq ki, aprelin 29-da Qazaxıstan lideri Qasım-Jomart Tokayev Xalq Assambleyasının sessiyasında çıxışı zamanı Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilməsini təklif etmişdi.Dəyişikliklər dövlət başçısının səlahiyyətlərinin azaldılması, parlamentin və yerli nümayəndəlik orqanlarının rolunun gücləndirilməsi, Konstitusiya Məhkəməsinin bərpası, habelə birinci prezident Nursultan Nazarbayevin statusu ilə bağlı müddəaların aradan qaldırılması məsələlərini əhatə edir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220605/qazaxistan-konstitusiyasina-elave-ve-deyisikliklerle-bagli-referendum-bakida-da-kecirilir-442545653.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/05/442546765_167:0:1498:998_1920x0_80_0_0_fb9620d76e9374abb93cd54d3025efe6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
referendum, qazaxıstan
Qazaxıstan dəyişikliklərin astanasında
11:03 05.06.2022 (Yenilənib: 11:05 05.06.2022) MDB Parlamentlərarası Assambleya Şurasından olan müşahidəçilər qrupunun 57 üzvü Qazaxıstanda keçirilən referendumu izləyir.
BAKI, 5 iyun — Sputnik. Azərbaycan ərazisində daimi və ya müvəqqəti yaşayan Qazaxıstan vətəndaşları ölkə Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendumda iştirak edirlər.
Nəcəfqulu Rəfiyev, 14 ünvanında yerləşən Qazaxıstan səfirliyində 262 saylı seçki məntəqəsi fəaliyyət göstərir.
Qazaxıstan vətəndaşları saat 7.00-dan 20.00-dək seçki məntəqəsində səs verə bilərlər.
Qazaxıstanın hər bir yetkin vətəndaşı referendumda iştirak edə bilər.
Qazaxıstan Respublikasının Mərkəzi Referendum Komissiyası MDB Parlamentlərarası Assambleya Şurasından olan müşahidəçilər qrupunun 57 üzvünü akkreditə edib. Onların arasında Azərbaycan, Ermənistan, Belarus, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın deputatları və senatorları da var.
Qrupun tərkibinə MDB PA Şurası Katibliyinin əməkdaşları və MDB PA-nın Üzv Dövlətlərinin Demokratiyanın, Parlamentarizmin və Vətəndaşların Seçki Hüquqlarına əməl olunmasının İnkişafının Monitorinqi üzrə Beynəlxalq İnstitutun ekspertləri də daxildir.
MDB PA-dan olan beynəlxalq müşahidəçilər Nur-Sultan və Qazaxıstan Respublikasının vilayətlərində, eləcə də xaric ölkələrdəki seçki məntəqələrində monitorinqlər aparacaqlar.
Beynəlxalq müşahidəçilər ölkənin Xarici İşlər Nazirliyinin dəvəti ilə Qazaxıstan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendumu izləyəcəklər.
Azərbaycan Respublikası Milli Məclisinin Aqrar siyasət komitəsinin sədr müavini Sabir Hacıyev MDB PA-dan olan müşahidəçilər qrupunun əlaqələndiricisi təyin edilib.
Xatırladaq ki, aprelin 29-da Qazaxıstan lideri Qasım-Jomart Tokayev Xalq Assambleyasının sessiyasında çıxışı zamanı Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilməsini təklif etmişdi.
Dəyişikliklər dövlət başçısının səlahiyyətlərinin azaldılması, parlamentin və yerli nümayəndəlik orqanlarının rolunun gücləndirilməsi, Konstitusiya Məhkəməsinin bərpası, habelə birinci prezident Nursultan Nazarbayevin statusu ilə bağlı müddəaların aradan qaldırılması məsələlərini əhatə edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.