https://sputnik.az/20220605/qazaxistan-konstitusiyasina-elave-ve-deyisikliklerle-bagli-referendum-bakida-da-kecirilir-442545653.html
Qazaxıstan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendum Bakıda da keçirilir
Qazaxıstan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendum Bakıda da keçirilir
Sputnik Azərbaycan
Qazaxıstanlılar dövlət başçısının səlahiyyətlərinin azaldılmasına, parlamentin və yerli nümayəndəlik orqanlarının rolunun gücləndirilməsinə səs verirlər. 05.06.2022, Sputnik Azərbaycan
2022-06-05T09:17+0400
2022-06-05T09:17+0400
2022-06-05T09:53+0400
dünya xəbərləri
seçkilər
konstitusiya
dəyişiklik
qazaxıstan
https://cdnn1.img.sputnik.az/img/07e6/06/04/442532005_0:0:3098:1744_1920x0_80_0_0_771327c56f37d492a6cfd709e32efd18.jpg
BAKI, 5 iyun - Sputnik. Azərbaycan ərazisində daimi və ya müvəqqəti yaşayan Qazaxıstan vətəndaşları ölkə Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendumda səs verirlər. Bazar günü, iyunun 5-də Qazaxıstan səfirliyində Nəcəfqulu Rəfiyev, 14 ünvanında 262 saylı seçki məntəqəsi fəaliyyət göstərir.Qazaxıstan vətəndaşları saat 7.00-dan 20.00-dək seçki məntəqəsində səs verə bilərlər.Qazaxıstanın hər bir yetkin vətəndaşı referendumda iştirak edə bilər.Qazaxıstan Respublikasının Mərkəzi Referendum Komissiyası MDB PAA-dan olan müşahidəçilər qrupunun 57 üzvünü akkreditə edib.Onların arasında Azərbaycan, Ermənistan, Belarus, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın deputatları və senatorları da var.Qrupun tərkibinə MDB PA Şurası Katibliyinin əməkdaşları və MDB PA-nın Üzv Dövlətlərinin Demokratiyanın, Parlamentarizmin və Vətəndaşların Seçki Hüquqlarına əməl olunmasının İnkişafının Monitorinqi üzrə Beynəlxalq İnstitutun (MDB PA MDB) ekspertləri də daxil idi.MDB PPA-dan olan beynəlxalq müşahidəçilər Nur-Sultan və Qazaxıstan Respublikasının vilayətlərində, eləcə də xaricdəki seçki məntəqələrində monitorinqlər aparacaqlar.Beynəlxalq müşahidəçilər ölkənin Xarici İşlər Nazirliyinin dəvəti ilə Qazaxıstan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendumu izləyəcəklər.Azərbaycan Respublikası Milli Məclisinin Aqrar siyasət komitəsinin sədr müavini Sabir Hacıyev MDB PA-dan olan müşahidəçilər qrupunun əlaqələndiricisi təyin edilib.Xatırladaq ki, aprelin 29-da Qazaxıstan lideri Kasım-Jomart Tokayev Xalq Assambleyasının sessiyasında çıxışı zamanı Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilməsini təklif etmişdi.Dəyişikliklər dövlət başçısının səlahiyyətlərinin azaldılması, parlamentin və yerli nümayəndəlik orqanlarının rolunun gücləndirilməsi, Konstitusiya Məhkəməsinin bərpası, habelə birinci prezident Nursultan Nazarbayevin statusu ilə bağlı müddəaların aradan qaldırılması məsələlərini əhatə edir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/04/442532005_221:0:2950:2047_1920x0_80_0_0_5c1cbc31267e781a8352c575f46ad446.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
seçkilər, konstitusiya, dəyişiklik, qazaxıstan
seçkilər, konstitusiya, dəyişiklik, qazaxıstan
Qazaxıstan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendum Bakıda da keçirilir
09:17 05.06.2022 (Yenilənib: 09:53 05.06.2022) Qazaxıstanlılar dövlət başçısının səlahiyyətlərinin azaldılmasına, parlamentin və yerli nümayəndəlik orqanlarının rolunun gücləndirilməsinə səs verirlər.
BAKI, 5 iyun - Sputnik. Azərbaycan ərazisində daimi və ya müvəqqəti yaşayan Qazaxıstan vətəndaşları ölkə Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendumda səs verirlər. Bazar günü, iyunun 5-də Qazaxıstan səfirliyində Nəcəfqulu Rəfiyev, 14 ünvanında 262 saylı seçki məntəqəsi fəaliyyət göstərir.
Qazaxıstan vətəndaşları saat 7.00-dan 20.00-dək seçki məntəqəsində səs verə bilərlər.
Qazaxıstanın hər bir yetkin vətəndaşı referendumda iştirak edə bilər.
Qazaxıstan Respublikasının Mərkəzi Referendum Komissiyası MDB PAA-dan olan müşahidəçilər qrupunun 57 üzvünü akkreditə edib.
Onların arasında Azərbaycan, Ermənistan, Belarus, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın deputatları və senatorları da var.
Qrupun tərkibinə MDB PA Şurası Katibliyinin əməkdaşları və MDB PA-nın Üzv Dövlətlərinin Demokratiyanın, Parlamentarizmin və Vətəndaşların Seçki Hüquqlarına əməl olunmasının İnkişafının Monitorinqi üzrə Beynəlxalq İnstitutun (MDB PA MDB) ekspertləri də daxil idi.
MDB PPA-dan olan beynəlxalq müşahidəçilər Nur-Sultan və Qazaxıstan Respublikasının vilayətlərində, eləcə də xaricdəki seçki məntəqələrində monitorinqlər aparacaqlar.
Beynəlxalq müşahidəçilər ölkənin Xarici İşlər Nazirliyinin dəvəti ilə Qazaxıstan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendumu izləyəcəklər.
Azərbaycan Respublikası Milli Məclisinin Aqrar siyasət komitəsinin sədr müavini Sabir Hacıyev MDB PA-dan olan müşahidəçilər qrupunun əlaqələndiricisi təyin edilib.
Xatırladaq ki, aprelin 29-da Qazaxıstan lideri Kasım-Jomart Tokayev Xalq Assambleyasının sessiyasında çıxışı zamanı Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilməsini təklif etmişdi.
Dəyişikliklər dövlət başçısının səlahiyyətlərinin azaldılması, parlamentin və yerli nümayəndəlik orqanlarının rolunun gücləndirilməsi, Konstitusiya Məhkəməsinin bərpası, habelə birinci prezident Nursultan Nazarbayevin statusu ilə bağlı müddəaların aradan qaldırılması məsələlərini əhatə edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.