Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Futbol üzrə növbəti Mundialda hansı komandalar oynayacaq - 30 milli müəyyənləşib

© Sputnik / Murad Orujov2022-ci il DÇ seçmə mərhələsinin Azərbaycan-İrlandiya oyunundan epizod
2022-ci il DÇ seçmə mərhələsinin Azərbaycan-İrlandiya oyunundan epizod - Sputnik Azərbaycan, 1920, 05.06.2022
Abunə olmaq
Keçmiş Sovet respublikaları bu birincilikdə təmsil olunmayacaqlar.
BAKI, 5 iyun - Sputnik. Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının 32 iştirakçı ölkəsindən 30-u müəyyənləşib. Report-un məlumatına görə, postsovet məkanından heç bir yığma komanda bu hüquqa nail ola bilməyib.
Əvəzində Avropa zonasından İngiltərə, Belçika, Almaniya, Danimarka, İspaniya, Niderland, Polşa, Portuqaliya, Serbiya, Fransa, Xorvatiya, İsveçrə və Uels milliləri DÇ-2022-yə yollanacaq.
Digər qitələrdən isə vəsiqələrə aşağıdakı ölkələr sahib çıxıb:
Cənubi Amerika: Argentina, Braziliya, Ekvador, Uruqvay
Afrika: Qana, Mərakeş, Seneqal, Kamerun, Tunis
Asiya: İran, Qətər, Səudiyyə Ərəbistanı, Cənubi Koreya, Yaponiya
Şimali Amerika: Kanada, ABŞ, Meksika
Qalan iki komandadan biri iyunun 14-də keçiriləcək Kosta-Rika - Yeni Zelandiya cütünün qalibi olacaq.
Digər yığmaya gəldikdə, əvvəlcə iyunun 7-də Qətərdə BƏƏ və Avstraliya arasında pley-off matçı keçiriləcək.
Görüşün qalibi isə iyunun 13-də eyni ölkədə Peru millisi ilə üz-üzə gələcək. Məhz bu qarşılaşmanın qalibi mundiala yüksələcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0