Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Çiyələk yeməklə problemlərdən yaxa qurtara və gümrah görünə bilərsiniz

© AFP 2024 / BEN STANSALLÇiyələk
Çiyələk  - Sputnik Azərbaycan, 1920, 05.06.2022
Abunə olmaq
Çiyələk həm də xərçəng xəstəliyinin yaranmasının qarşısını alır
BAKI, 5 iyun — Sputnik. Vitaminlə zəngin olan çiyələk bir sıra xəstəliklərin yaranmasının qarşısını alır.
Xüsusən də müxtəlif ürək xəstəliklərindən əziyyət çəkənlərə, daha sağlam olmaq istəyənlərə çiyələk yemək tövsiyə olunur. Çiyələk həmçinin yüksək təzyiqdən əziyyət çəkənlər üçün də faydalı giləmeyvədir. Bundan başqa, antioksidantla zəngin olan çiyələk xərçənginin yaranmasının qarşısını almaqda da çox faydalı təsirlərə malikdir.
Xərçəngdən qorunmaq üçün çiyələk yeyin
Bu səbəbdən də həkimlər bildirir ki, gün ərzində 8-10 ədəd çiyələk yemək bədəni zəhərli maddələr təmizləyir, insanın özünü daha sağlam hiss etməsinə səbəb olur.
Bundan başqqa, doyumluluq hissi yaradan çiyələk daha artıq qidalanmanın qarşısını alır ki, bu da artıqlamaq istəyənlər üçün böyük bir üstünlükdür. Həkimlər doyumululuq müddətinin artırılması üçün çiyələklə yanaşı ləbləbi yemək də tövsiyə edirlər.
Hamar və şəffaf dəriyə sahib olmaq üçün çiyələk yeyin
C vitamini ilə zəngin olan çiyələk dəri üçün də çox faydalıdır. Daha çox çiyələk istehlakı dərinin şəffaf və parlaq olmasına kömək edir.
Mütəxəssislər qəbzlikdən əziyyət çəkənlərə də bol-bol çiyələk yemək tövsiyə olunur.
Faydaları saydıqca bitməyən meyvə: Əzgil turşusu necə hazırlanır? - Sputnik Azərbaycan, 1920, 25.12.2022
VİDEO
Faydaları saydıqca bitməyən meyvə: Əzgil turşusu necə hazırlanır?
Xəbər lenti
0