https://sputnik.az/20221225/faydalari-saydiqca-bitmeyen-meyve-ezgil-tursusu-nece-hazirlanir-435219806.html
Faydaları saydıqca bitməyən meyvə: Əzgil turşusu necə hazırlanır?
Faydaları saydıqca bitməyən meyvə: Əzgil turşusu necə hazırlanır?
Sputnik Azərbaycan
Qax rayonu, İbaxlı kənd sakini Bənzər Muradova fərqli bir turşu növünün hazırlanma qaydasını Sputnik Azərbaycan-la bölüşüb. Daha ətraflı videomuzda. 25.12.2022, Sputnik Azərbaycan
2022-12-25T08:09+0400
2022-12-25T08:09+0400
2022-12-24T22:26+0400
video
əzgil
turşu
fayda
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/10/435219714_0:0:1920:1080_1920x0_80_0_0_8578489a34f29640b033e399dc5c20b1.jpg
Əzgil payız fəslinin ən sevilən meyvələrindən sayılır. Kimisi bərk, kimisi də bir az yumşalmış formada sevir bu meyvəni.O, həm meşədə yabanı halda, həm də bağlarda mədəni şəkildə bitir. Əsasən gec yetişən, kal halda boğucu olan meyvə payızın sonlarında yetişir və bütün qış ayları boyunca yaxşı formada qalır.Əzgilin insan orqanizminə saysız-hesabsız faydaları var. Bu meyvə immuniteti gücləndirir, viruslarla mübarizə aparır və tənəffüs sistemini təmizləyir. Orqanizm üçün çox faydalı olan liflərlə zəngindir. Qanda yaxşı və pis xolesterinin səviyyəsini nizamlayır. Böyrəklərin və qaraciyərin fəaliyyətinə çox müsbət təsir edir.Yüksək antioksidant ifrazı sayəsində əzgil xərçəng, katarakta, şəkərli diabet kimi xəstəliklərdən qorunmağa kömək edir.Əzgil kalsium, dəmir, fosfor, potasium tərkibi ilə yanaşı askorbin turşusu ilə də zəngindir. O, sərinlədici təsiri ilə bədənə təravət bəxş edir. Antioksidant xüsusiyyəti sayəsində zərərli toksinləri yox edir.Məlumatlara görə, gündə 8-9 ədəd əzgil yemək beyin hüceyrlərini yaddaş itkisindən, bir sıra nevroloji xəstəliklərdən qoruyur.Bundan başqa əzgil siropu öskürəyin dərmanıdır. Əzgil çayı isə bəlğəmgətirici kimi qəbul olunur.Faydaları saydıqca bitməyən bu meyvənin duza qoyulmuş variantı da çox dadlı olur. Əzgilin duza qoyulma qaydasını bizə Bənzər Muradova təqdim edib. Onun sözlərinə görə, bir çox insanlar bu turşudan xəbərsizdirlər. Amma ölkənin şimal bölgəsində bu, qış aylarının vazkeçilməz təamlarındandır. Bənzər xanım əzgil turşusunda əsas diqqət ediləcək məqamın əzgili bankalara yığıb bağladıqdan bir həftə sonra ora duzun əlavə edilməsi olduğunu vurğulayır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/10/435219714_240:0:1680:1080_1920x0_80_0_0_235b6d1c7b9b5a5db8cc947d21c46837.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
əzgil, видео, turşu, fayda
əzgil, видео, turşu, fayda
Faydaları saydıqca bitməyən meyvə: Əzgil turşusu necə hazırlanır?
Qax rayonu, İbaxlı kənd sakini Bənzər Muradova fərqli bir turşu növünün hazırlanma qaydasını Sputnik Azərbaycan-la bölüşüb. Daha ətraflı videomuzda.
Əzgil payız fəslinin ən sevilən meyvələrindən sayılır. Kimisi bərk, kimisi də bir az yumşalmış formada sevir bu meyvəni.
O, həm meşədə yabanı halda, həm də bağlarda mədəni şəkildə bitir. Əsasən gec yetişən, kal halda boğucu olan meyvə payızın sonlarında yetişir və bütün qış ayları boyunca yaxşı formada qalır.
Əzgilin insan orqanizminə saysız-hesabsız faydaları var. Bu meyvə immuniteti gücləndirir, viruslarla mübarizə aparır və tənəffüs sistemini təmizləyir. Orqanizm üçün çox faydalı olan liflərlə zəngindir. Qanda yaxşı və pis xolesterinin səviyyəsini nizamlayır. Böyrəklərin və qaraciyərin fəaliyyətinə çox müsbət təsir edir.
Yüksək antioksidant ifrazı sayəsində əzgil xərçəng, katarakta, şəkərli diabet kimi xəstəliklərdən qorunmağa kömək edir.
Əzgil kalsium, dəmir, fosfor, potasium tərkibi ilə yanaşı askorbin turşusu ilə də zəngindir. O, sərinlədici təsiri ilə bədənə təravət bəxş edir. Antioksidant xüsusiyyəti sayəsində zərərli toksinləri yox edir.
Məlumatlara görə, gündə 8-9 ədəd əzgil yemək beyin hüceyrlərini yaddaş itkisindən, bir sıra nevroloji xəstəliklərdən qoruyur.
Bundan başqa əzgil siropu öskürəyin dərmanıdır. Əzgil çayı isə bəlğəmgətirici kimi qəbul olunur.
Faydaları saydıqca bitməyən bu meyvənin duza qoyulmuş variantı da çox dadlı olur. Əzgilin duza qoyulma qaydasını bizə Bənzər Muradova təqdim edib. Onun sözlərinə görə, bir çox insanlar bu turşudan xəbərsizdirlər. Amma ölkənin şimal bölgəsində bu, qış aylarının vazkeçilməz təamlarındandır. Bənzər xanım əzgil turşusunda əsas diqqət ediləcək məqamın əzgili bankalara yığıb bağladıqdan bir həftə sonra ora duzun əlavə edilməsi olduğunu vurğulayır.