Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Biz imkan versək - oynayacaqlar, verməsək - yox" - Canni De Byazi

© Sputnik / Murad OrudjevCanni De Byazi
Canni De Byazi - Sputnik Azərbaycan, 1920, 05.06.2022
Abunə olmaq
Baş məşqçi Belarus millisinin ucaboy futbolçulara malik olduğuna, standart vəziyyətlərdə təhlükəli oynaya biləcəyinə diqqət çəkib.
BAKI, 5 iyun - Sputnik. "Futbolda vacib olan nəticədir, bunu anlamalıyıq. Qazaxıstan millisi ilə oyunda qol vurmaq üçün yaxşı imkanlarımız oldu. Təəssüf ki, qol vura bilmədik". Azərtac xəbər verir ki, bu sözləri UEFA Millətlər Liqası çərçivəsində iyunun 6-da Serbiyanın Novi Sad şəhərində Belarus millisi ilə qarşılaşacaq Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
"Qol vurmursansa, qələbə qazana bilmirsən. Oyundan sonra futbolçulara təşəkkürümü bildirdim. Oyunumuzu təhlil etdik. Rəqib iki zərbə vurdu, qalib gəldi. Bizim isə 15 zərbəmiz var idi. Kiçik səhvlər etdik və nəticədə qollar buraxdıq. Çalışacağıq ki, sabah qalib gələk", - deyə baş məşqçi bildirib.
İtaliyalı mütəxəssis onu da bildirib ki, Belarus komandasının oyununu analiz ediblər:
"Təxminən bizimlə eyni səviyyədədirlər. Rəqib komanda ucaboy futbolçulara malikdir, standart vəziyyətlərdən təhlükəli ola bilirlər. Amma onların oynamağı bizdən asılı olacaq. Biz imkan versək, oynayacaqlar, verməsək yox. Necə ki, Qazaxıstana ilk hissədə oynamaq imkanı verməmişdik. Daha xarakterli olmalıyıq. Ən əsası, meydanda xarakter göstərməliyik. Bilirəm ki, komandamızın yaxşı keyfiyyətləri var".
Daha sonra baş məşqçi millinin heyətilə bağlı dəqiq qərar vermədiyini dilə gətirib.
"Bu gün kimin özünü fiziki cəhətdən necə hiss etdiyinə baxacağıq. Uzun yol qət etmişik. Kimsə daha tez bərpa olur, kimdəsə bu alınmır. Çalışacağıq balansı itirməyək və matçda yaratdığımız imkanlarından düzgün yararlanaq”, - deyə baş məşqçi əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0