https://sputnik.az/20220605/rusiya-sanksiyalari-almanlara-5-milyard-avroya-basa-gelecek-442547312.html
Rusiya sanksiyaları almanlara 5 milyard avroya başa gələcək
Rusiya sanksiyaları almanlara 5 milyard avroya başa gələcək
Sputnik Azərbaycan
Almaniyanın “Welt am Sonntag” qəzeti yazır ki, “Qazprom”un keçmiş törəməsi Rusiyanın sanksiya siyahısına salınıb. 05.06.2022, Sputnik Azərbaycan
2022-06-05T10:35+0400
2022-06-05T10:35+0400
2022-06-05T10:43+0400
dünya xəbərləri
rusiya
sanksiyalar
almaniya
avro
https://cdnn1.img.sputnik.az/img/42414/41/424144109_0:174:3069:1900_1920x0_80_0_0_3e75603e46cd2355cf72a7353e133f0b.jpg
BAKI, 5 iyun-Sputnik. “Qazprom”un keçmiş törəmə şirkəti “Qazprom Germania”nın Rusiyanın sanksiyalar siyahısına daxil edilməsi Almaniyadakı qaz istehlakçılarına 5 milyard avroya başa gələcək. TASS xəbər verir ki, Bu barədə Almaniyanın “Welt am Sonntag” qəzeti iqtisadi dairələrdəki mənbələrə istinadən yazır.Nəşr yazır ki, Almaniyanın Federal Şəbəkə Agentliyinin kənar nəzarətində olan şirkət indi bazarda əvvəlkindən xeyli baha olan yeni müqavilələr əsasında qaz almağa məcburdur. Məqalədə deyilir ki, son nəticədə bu, qiymətlərin artması ilə nəticələnəcək və yük qazın son istifadəçilərinin çiyninə düşəcək.Martın 31-də "Qazprom" Qrupu "Gazprom Germania GmbH"də iştirakını və bütün aktivlərini dayandırıb. Aprel ayında Almaniyanın İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyi şirkəti sentyabrın 30-dək Federal Şəbəkə Agentliyinin qəyyumluğuna verib.Mayın 11-də məlum olub ki, “Qazprom”un keçmiş törəməsi Rusiyanın sanksiya siyahısına salınıb. Siyahıya həmçinin "Gazprom Schweiz AG", "Gazprom Marketing & Trading USA", "Vemex", "Wingas" və "EuRoPol GAZ" daxildir.Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Moskvanın cavab sanksiyalarına məruz qalan şirkətlər bundan sonra Rusiyadan qaz tədarükü prosesində iştirak edə bilməyəcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42414/41/424144109_0:0:2731:2048_1920x0_80_0_0_fc964ea955d4665fea495afa7bf716dd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya, sanksiyalar, almaniya, avro
rusiya, sanksiyalar, almaniya, avro
Rusiya sanksiyaları almanlara 5 milyard avroya başa gələcək
10:35 05.06.2022 (Yenilənib: 10:43 05.06.2022) Almaniyanın “Welt am Sonntag” qəzeti yazır ki, “Qazprom”un keçmiş törəməsi Rusiyanın sanksiya siyahısına salınıb.
BAKI, 5 iyun-Sputnik. “Qazprom”un keçmiş törəmə şirkəti “Qazprom Germania”nın Rusiyanın sanksiyalar siyahısına daxil edilməsi Almaniyadakı qaz istehlakçılarına 5 milyard avroya başa gələcək. TASS xəbər verir ki, Bu barədə Almaniyanın “Welt am Sonntag” qəzeti iqtisadi dairələrdəki mənbələrə istinadən yazır.
Nəşr yazır ki, Almaniyanın Federal Şəbəkə Agentliyinin kənar nəzarətində olan şirkət indi bazarda əvvəlkindən xeyli baha olan yeni müqavilələr əsasında qaz almağa məcburdur. Məqalədə deyilir ki, son nəticədə bu, qiymətlərin artması ilə nəticələnəcək və yük qazın son istifadəçilərinin çiyninə düşəcək.
Martın 31-də "Qazprom" Qrupu "Gazprom Germania GmbH"də iştirakını və bütün aktivlərini dayandırıb. Aprel ayında Almaniyanın İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyi şirkəti sentyabrın 30-dək Federal Şəbəkə Agentliyinin qəyyumluğuna verib.
Mayın 11-də məlum olub ki, “Qazprom”un keçmiş törəməsi Rusiyanın sanksiya siyahısına salınıb. Siyahıya həmçinin "Gazprom Schweiz AG", "Gazprom Marketing & Trading USA", "Vemex", "Wingas" və "EuRoPol GAZ" daxildir.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Moskvanın cavab sanksiyalarına məruz qalan şirkətlər bundan sonra Rusiyadan qaz tədarükü prosesində iştirak edə bilməyəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.