https://sputnik.az/20220604/mudafie-naziri-dusmen-texribatina-derhal-cavab-verilmesini-tapsirdi-442525880.html
Müdafiə naziri düşmən təxribatına dərhal cavab verilməsini tapşırdı
Müdafiə naziri düşmən təxribatına dərhal cavab verilməsini tapşırdı
Sputnik Azərbaycan
Nazir Azərbaycan uğrunda canından keçən şəhid və qazilərimizin ailələrinin diqqət mərkəzində saxlanılması ilə bağlı müvafiq vəzifəli şəxslər qarşısında... 04.06.2022, Sputnik Azərbaycan
2022-06-04T11:34+0400
2022-06-04T11:34+0400
2022-06-04T11:34+0400
azərbaycan xəbərləri
müdafiə naziri zakir həsənov
düşmən
təxribat
müşavirə
müdafiə nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e5/08/1e/427809615_0:36:1200:711_1920x0_80_0_0_d1f1002e9629b30244f1116acf316583.jpg
BAKI, 4 iyun - Sputnik. İyunun 4-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib.Müdafiə naziri Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları çatdırıb.Müşavirədə ötən ay ərzində qoşun növlərinin fəaliyyəti qiymətləndirilib, döyüş hazırlığı və mənəvi-psixoloji vəziyyət, müdafiə sistemi və onun hərtərəfli təminatı məsələləri diqqətə çatdırılıb.Real döyüş şəraitinə uyğun keçirilən təlim və praktiki məşqlərin intensivliyinin və keyfiyyətinin artırılmasının vacibliyi xüsusi qeyd edilib.General-polkovnik Z.Həsənov döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması, bölmələrimizə qarşı mümkün təxribatlara dərhal adekvat cavab tədbirlərinin görülməsi ilə bağlı konkret tapşırıqlar verib.Nazir şəhid və qazilərimizin ailələrinin hər zaman olduğu kimi 26 iyun -Silahlı Qüvvələr Günü ərəfəsində də diqqət mərkəzində saxlanılması ilə bağlı müvafiq vəzifəli şəxslər qarşısında tapşırıq qoyub.
https://sputnik.az/20220501/mudafie-naziri-herbi-attaseleri-herbi-hisseye-niye-aparib-441594540.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/1e/427809615_0:0:1200:900_1920x0_80_0_0_d351e62e89f3f4b186f19d943dc0240a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
müdafiə naziri zakir həsənov, düşmən, təxribat, müşavirə, müdafiə nazirliyi
müdafiə naziri zakir həsənov, düşmən, təxribat, müşavirə, müdafiə nazirliyi
Müdafiə naziri düşmən təxribatına dərhal cavab verilməsini tapşırdı
Nazir Azərbaycan uğrunda canından keçən şəhid və qazilərimizin ailələrinin diqqət mərkəzində saxlanılması ilə bağlı müvafiq vəzifəli şəxslər qarşısında tapşırıq qoyub.
BAKI, 4 iyun - Sputnik. İyunun 4-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib.
Müdafiə naziri Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları çatdırıb.
Müşavirədə ötən ay ərzində qoşun növlərinin fəaliyyəti qiymətləndirilib, döyüş hazırlığı və mənəvi-psixoloji vəziyyət, müdafiə sistemi və onun hərtərəfli təminatı məsələləri diqqətə çatdırılıb.
Real döyüş şəraitinə uyğun keçirilən təlim və praktiki məşqlərin intensivliyinin və keyfiyyətinin artırılmasının vacibliyi xüsusi qeyd edilib.
General-polkovnik Z.Həsənov döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması, bölmələrimizə qarşı mümkün təxribatlara dərhal adekvat cavab tədbirlərinin görülməsi ilə bağlı konkret tapşırıqlar verib.
Nazir şəhid və qazilərimizin ailələrinin hər zaman olduğu kimi 26 iyun -Silahlı Qüvvələr Günü ərəfəsində də diqqət mərkəzində saxlanılması ilə bağlı müvafiq vəzifəli şəxslər qarşısında tapşırıq qoyub.