Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Müdafiə naziri hərbi attaşeləri hərbi hissəyə niyə aparıb?

© AR Ministry of DefenceHərbi attaşelər hərbi hissəni ziyarət ediblər
Hərbi attaşelər hərbi hissəni ziyarət ediblər - Sputnik Azərbaycan, 1920, 01.05.2022
Abunə olmaq
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərini hərbi hissəyə aparıb.
BAKI, 1 may — Sputnik. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin hərbi hissəyə tanışlıq səfəri təşkil olunub.
© AR Ministry of DefenceHərbi attaşelər hərbi hissəni ziyarət ediblər
Hərbi attaşelər hərbi hissəni ziyarət ediblər - Sputnik Azərbaycan, 1920, 01.05.2022
Hərbi attaşelər hərbi hissəni ziyarət ediblər
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, səfər çərçivəsində hərbi attaşelik aparatının nümayəndələri əvvəlcə Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər. Qonaqlar kompleksdə fəaliyyət göstərən muzeyin ekspozisiyasında soyqırıma həsr olunmuş stendlərlə tanış olublar. Onlara ermənilərin törətdikləri vəhşiliklər haqqında ətraflı məlumat verilib.
© AR Ministry of DefenceHərbi attaşelər hərbi hissəni ziyarət ediblər
Hərbi attaşelər hərbi hissəni ziyarət ediblər - Sputnik Azərbaycan, 1920, 01.05.2022
Hərbi attaşelər hərbi hissəni ziyarət ediblər
Daha sonra hərbi attaşelər hərbi hissəni ziyarət ediblər. Nümayəndə heyətinə hərbi hissənin fəaliyyəti haqqında brifinq təqdim olunub. Onlar burada şəxsi heyət üçün yaradılan şərait və silahlanmada olan döyüş texnikası ilə tanış olublar. Hərbi attaşelik aparatının nümayəndələri ziyarətin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0