Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Qazaxıstan qapısına 4-5 qol vura bilərdik - Canni De Byazi

© Sputnik / Murad OrujovAzərbaycan millisinin baş məşqçisi Canni De Byazi, arxiv şəkli
Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.06.2022
Abunə olmaq
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi UEFA Millətlər Liqasının qrup mərhələsində keçirilən ilk oyunla bağlı fikirlərini bölüşüb.
BAKI, 3 iyun - Sputnik. Futbol üzrə Azərbaycan millisi Qazaxıstan yığmasının qapısına dörd-beş qol vura bilərdi. Sputnik Azərbaycan -ın məlumatına görə, bunu oyunsonrası mətbuat konfransında komandanın baş məşqçisi Canni De Byazi deyib.
Cümə günü, iyunun 3-də Azərbaycan yığması UEFA Millətlər Liqasının “C” divizionunun üçüncü qrupunun ilk oyununu keçirib və səfərdə Qazaxıstan komandasına 0:2 hesabı ilə uduzub.
Meydan sahiblərinin heyətində Abat Aymbetov dubla imza atıb.
Mətbuat konfransında Azərbaycan millisinin italiyalı məşqçisi futbolçuların ilk hissədəki oyununu diqqətə çatdıraraq, oyunun ilk yarısında rəqibə dörd-beş qol vura biləcəklərini diqqətə çatdırıb.
“İkinci hissənin əvvəlində gülməli qol buraxdıq, sonra konsentrasiyanı itirərək ikinci qolu buraxdıq. Təcrübəli futbolçular belə səhvlərə yol verməməlidir. Buraxılan ikinci qoldan sonra artıq matçın gedişatını dəyişə bilmədik”, - De Byazi bildirib.
Mütəxəssis start heyətinin seçimindən də danışıb, komandanın ilk hissədə yaxşı oyun nümayiş etdirdiyi üçün bunun düzgün aparıldığını vurğulayıb.
“Ancaq qalib gəlmək üçün qol şanslarını çevirmək lazımdır. Və əlbəttə ki, uşaq səhvlərinə yol vermək olmaz. Bu gün heç nədən öz qapımıza qol gördük", - deyə De Byazi bildirib.
O, həmçinin iyunun 6-da Novi Sadda (Serbiya) keçiriləcək UEFA Millətlər Liqasının qrup mərhələsinin ikinci oyununda Belarus yığması ilə oyunun tərkibində mümkün dəyişikliklər barədə danışmaqda çətinlik çəkib.
"İndi Serbiyaya 5 saatlıq uçuşumuz var, yalnız bundan sonra Belarus yığması ilə növbəti matçın tərkibi haqqında düşünə bilərəm", - deyə De Byazi fikrini yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0