https://sputnik.az/20220602/turkiye-azerbaycan-rusiya-ve-ranin-qaz-ehtiyatlarinin-tranziti-ucun-xaba-cevrile-biler-442471045.html
Türkiyə Azərbaycan, Rusiya və İranın qaz ehtiyatlarının tranziti üçün xaba çevrilə bilər
Türkiyə Azərbaycan, Rusiya və İranın qaz ehtiyatlarının tranziti üçün xaba çevrilə bilər
Sputnik Azərbaycan
Energetika nazirinin müavini Bakı Enerji Forumunda bildirib ki, Türkiyə də ölkədə nüvə energetikasının inkişafında maraqlıdır, ABŞ və Böyük Britaniya ilə... 02.06.2022, Sputnik Azərbaycan
2022-06-02T16:00+0400
2022-06-02T16:00+0400
2022-06-02T19:59+0400
iqtisadiyyat
qaz
türkiyə
https://cdnn1.img.sputnik.az/img/07e6/06/02/442452375_0:103:2000:1228_1920x0_80_0_0_495328253ae9e28a9d32eefee576683c.jpg
BAKI, 2 iyun - Sputnik. Türkiyə Azərbaycan, Rusiya və İran qazının Avropa bazarlarına çatdırılması üçün tranzit məntəqəsinə çevrilə bilər, bunu enerji və təbii sərvətlər nazirinin müavini Alparslan Bayraktar Bakı Enerji Forumunda çıxışı zamanı deyib."Türkiyə daxili istehlak və qazın xarici bazarlara, o cümlədən Avropa bazarlarına nəqli kontekstində yerli istehsal üçün bütün infrastrukturdan Azərbaycan, Rusiya və İran boru kəmərləri vasitəsilə mövcud təchizatçılar üçün istifadə etmək istəyir. Türkiyə Türkmənistan, İraq, Aralıq dənizindən qazın tranzitində də kömək edə bilər", - Bayraktar deyib.Onun sözlərinə görə, Türkiyənin qaz təchizatına ehtiyacı son vaxtlar 50 milyarddan 60 milyard kubmetrə yüksəlib və artmaqda davam edir."Türkiyənin qaz infrastrukturuna - boru kəmərlərinə, yeraltı anbarlara, genişləndirilmiş terminallara ciddi investisiyalara ehtiyacı var. 5-6 il ərzində biz təbii maye qazdan istifadəni nəzərə alaraq anbar tutumunu, qazlaşdırma qabiliyyətini artırmışıq", - o əlavə edib.Kiçik nüvə reaktorlarının tikintisi"Nüvə enerjisi çox zəruri bir mənbədir, Türkiyə bunu qazın əvəzedicisi kimi görür. Gələcəkdə bu, enerji qarışığının və istehlak modellərinin əhəmiyyətli bir hissəsini təşkil edəcək", - Bayraktar bildirib.Onun sözlərinə görə, Türkiyə xarici tərəfdaşlarla əməkdaşlıq çərçivəsində gələn il üçün nüvə enerjisi sahəsində bir layihə planlaşdırıb."Bu gün biz Böyük Britaniya və ABŞ ilə Türkiyədə kifayət qədər böyük potensiala malik kiçik reaktor layihələri üzərində işləyirik", - nazir müavini əlavə edib.Türkiyənin asılılığını azaltmaq üçün "yaşıl enerji"dən istifadəBayraktar Türkiyənin ölkədə artan enerji tələbatı baxımından xarici enerji mənbələrindən asılılığı azaltmaq və enerji səmərəliliyini artırmaq üçün hər cür səy göstərdiyini vurğulayıb.Onun sözlərinə görə, istehlak olunan elektrik enerjisinin 70%-i, xam neftin 92%-i, qazın demək olar ki, hamısı Türkiyəyə idxal olunur."Türkiyə 2053-cü ilə qədər karbon neytral ölkə olmağı planlaşdırır. Planların miqyasını, daxili bazarı və iqtisadiyyatın səviyyəsini nəzərə alsaq, bu, bir problemdir", - Bayraktar bildirib.Türkiyənin energetika nazirinin müavini ölkədə günəş və külək enerjisinin inkişafı üçün böyük potensialın olduğuna diqqət çəkib: “Yaxın üç onillikdə yaşıl enerjinin istehsalını 70-80 giqavata çatdırmaq lazımdır”.
https://sputnik.az/20220602/belqrad-ilin-sonuna-qeder-azerbaycan-qazinin-tedarukunu-gozleyir-442470616.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/02/442452375_114:0:1887:1330_1920x0_80_0_0_529a0c96431cd81c5cb86ab31ce8d671.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
qaz, türkiyə
Türkiyə Azərbaycan, Rusiya və İranın qaz ehtiyatlarının tranziti üçün xaba çevrilə bilər
16:00 02.06.2022 (Yenilənib: 19:59 02.06.2022) Energetika nazirinin müavini Bakı Enerji Forumunda bildirib ki, Türkiyə də ölkədə nüvə energetikasının inkişafında maraqlıdır, ABŞ və Böyük Britaniya ilə əməkdaşlıq çərçivəsində kiçik nüvə reaktorlarının tikilməsi planlaşdırılır.
BAKI, 2 iyun - Sputnik. Türkiyə Azərbaycan, Rusiya və İran qazının Avropa bazarlarına çatdırılması üçün tranzit məntəqəsinə çevrilə bilər, bunu enerji və təbii sərvətlər nazirinin müavini Alparslan Bayraktar Bakı Enerji Forumunda çıxışı zamanı deyib.
"Türkiyə daxili istehlak və qazın xarici bazarlara, o cümlədən Avropa bazarlarına nəqli kontekstində yerli istehsal üçün bütün infrastrukturdan Azərbaycan, Rusiya və İran boru kəmərləri vasitəsilə mövcud təchizatçılar üçün istifadə etmək istəyir. Türkiyə Türkmənistan, İraq, Aralıq dənizindən qazın tranzitində də kömək edə bilər", - Bayraktar deyib.
Onun sözlərinə görə, Türkiyənin qaz təchizatına ehtiyacı son vaxtlar 50 milyarddan 60 milyard kubmetrə yüksəlib və artmaqda davam edir.
"Türkiyənin qaz infrastrukturuna - boru kəmərlərinə, yeraltı anbarlara, genişləndirilmiş terminallara ciddi investisiyalara ehtiyacı var. 5-6 il ərzində biz təbii maye qazdan istifadəni nəzərə alaraq anbar tutumunu, qazlaşdırma qabiliyyətini artırmışıq", - o əlavə edib.
Kiçik nüvə reaktorlarının tikintisi
"Nüvə enerjisi çox zəruri bir mənbədir, Türkiyə bunu qazın əvəzedicisi kimi görür. Gələcəkdə bu, enerji qarışığının və istehlak modellərinin əhəmiyyətli bir hissəsini təşkil edəcək", - Bayraktar bildirib.
Onun sözlərinə görə, Türkiyə xarici tərəfdaşlarla əməkdaşlıq çərçivəsində gələn il üçün nüvə enerjisi sahəsində bir layihə planlaşdırıb.
"Bu gün biz Böyük Britaniya və ABŞ ilə Türkiyədə kifayət qədər böyük potensiala malik kiçik reaktor layihələri üzərində işləyirik", - nazir müavini əlavə edib.
Türkiyənin asılılığını azaltmaq üçün "yaşıl enerji"dən istifadə
Bayraktar Türkiyənin ölkədə artan enerji tələbatı baxımından xarici enerji mənbələrindən asılılığı azaltmaq və enerji səmərəliliyini artırmaq üçün hər cür səy göstərdiyini vurğulayıb.
Onun sözlərinə görə, istehlak olunan elektrik enerjisinin 70%-i, xam neftin 92%-i, qazın demək olar ki, hamısı Türkiyəyə idxal olunur.
"Türkiyə 2053-cü ilə qədər karbon neytral ölkə olmağı planlaşdırır. Planların miqyasını, daxili bazarı və iqtisadiyyatın səviyyəsini nəzərə alsaq, bu, bir problemdir", - Bayraktar bildirib.
Türkiyənin energetika nazirinin müavini ölkədə günəş və külək enerjisinin inkişafı üçün böyük potensialın olduğuna diqqət çəkib: “Yaxın üç onillikdə yaşıl enerjinin istehsalını 70-80 giqavata çatdırmaq lazımdır”.