Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Belqrad ilin sonuna qədər Azərbaycan qazının tədarükünü gözləyir

© Sputnik / Murad OrujovНа Бакинском энергетическом форуме
На Бакинском энергетическом форуме - Sputnik Azərbaycan, 1920, 02.06.2022
Abunə olmaq
Serbiyanın baş nazirinin müavini Bakı Enerji Forumunda bildirib ki, hazırda Serbiya-Bolqarıstan interkonnektorunun tikintisi layihəsi həyata keçirilir və bu layihə bu ilin sentyabrınadək başa çatdırılacaq.
BAKI, 2 iyun - Sputnik. Belqrad Azərbaycan qazının interkonnektorlar vasitəsilə tədarükü ilə bağlı Bakı ilə danışıqlar aparır, bu barədə ölkənin baş nazirinin müavini, mədən və energetika naziri Zorana Mixayloviç Bakı Enerji Forumunda bildirib.
"Biz energetika naziri Pərviz Şahbazovla Azərbaycan qazının interkonnektor vasitəsilə nəqli məsələsini müzakirə etdik", - Mixayloviç bildirib.
Onun sözlərinə görə, tədarükün diversifikasiyası baxımından interkonnektorların inkişafı vacibdir.
"Hazırda Serbiya-Bolqarıstan interkonnektorunun tikintisi layihəsi həyata keçirilir. Bu, 2023-cü ilin sentyabrına qədər başa çatdırmağı gözlədiyimiz çox mühüm layihədir", - o deyib.
Onun sözlərinə görə, Serbiya ilin sonuna qədər Azərbaycan qazının tədarükünə ümid edir.
Bakı Enerji Həftəsi
Qeyd edək ki, bu gün paytaxtımız Xəzər regionunun neft-qaz və enerji sektorunda ən nüfuzlu tədbir hesab olunan Bakı Enerji Həftəsinə ev sahibliyi edir.
İyunun 1-dən 4-dək davam edəcək Bakı Enerji Həftəsi ("Baku Energy Week") öz brendi altında 3 böyük tədbiri birləşdirib - 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa olunan Enerji sərgiləri və Bakı Enerji Forumu. Bu il sərgilərə və forumda 30 ölkədən 249 şirkət qatılır.
Forumda iştirak edən ölkələr arasında ABŞ, Almaniya, Azərbaycan, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çin, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, Niderland, İsrail, İspaniya, İsveçrə, İndoneziya, İtaliya, Qazaxıstan, Macarıstan, Norveç, Rumıniya, Rusiya, Serbiya, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə, Xorvatiya, Yaponiya, Yunanıstan, Özbəkistan yer alıb.
Tədbirə ənənəvi olaraq Azərbaycanın Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) dəstək göstərirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0