https://sputnik.az/20220602/macaristan-azerbaycandan-enerji-ehtiyatlarini-tedaruk-etmekde-maraqlidir-442449948.html
Macarıstan Azərbaycandan enerji ehtiyatlarını tədarük etməkdə maraqlıdır
Macarıstan Azərbaycandan enerji ehtiyatlarını tədarük etməkdə maraqlıdır
Sputnik Azərbaycan
Macarıstanlı nazirin fikrincə, Azərbaycan qazının Avropanın əsas idxalatçısına çevrilməsi üçün Xəzər regionunun infrastrukturu və potensialı inkişaf... 02.06.2022, Sputnik Azərbaycan
2022-06-02T12:13+0400
2022-06-02T12:13+0400
2022-06-02T12:26+0400
neft-qaz
bakı
enerji
forum
https://cdnn1.img.sputnik.az/img/07e6/06/01/442405474_0:73:3382:1975_1920x0_80_0_0_7aec511aacaaa65f635ff7d5d86e2ed9.jpg
BAKI, 2 iyun — Sputnik. Macarıstan Azərbaycandan enerji ehtiyatlarını tədarük etməkdə maraqlıdır. Bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Bakı Enerji Forumunda deyib.Nazir bildirib ki, Azərbaycan qazının Avropanın əsas idxalatçısına çevrilməsi üçün Xəzər regionunun infrastrukturu və potensialı inkişaf etdirilməlidir. Enerji qiymətləri, boru kəmərlərinin azlığı müəyyən çətinliklər yaradır.Azərbaycanda Bakı Enerji Forumu başlayıbQeyd edək ki, iyunun 2-də Bakı Konqres Mərkəzində Bakı Enerji Forumu öz işinə başlayıb. Forum Bakı Enerji Həftəsinin ayrılmaz tərkib hissəsidir.Tədbirdə qlobal enerji perspektivləri, yaşıl enerjiyə keçidin maliyyələşdirilməsi, qaz təchizatı məsələləri, Xəzər regionunda kəşfiyyat və hasilat imkanlarının xəritəsi və bir sıra digər aktual məsələlər müzakirə olunur.Bu il forumda dünyanın 20 ölkəsindən 400-dən çox nümayəndə iştirak edir. Forumun proqramına 50 məruzəçinin 25-dən çox mövzusu daxildir.Plenar iclas "Enerji keçid dövründə dəyişən dünyada yeni imkanlar və problemlər" mövzusuna həsr olunub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220602/susada-berpaolunan-enerji-sahesinde-muqavile-imzalanacaq---nazir-442446439.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/01/442405474_326:0:3057:2048_1920x0_80_0_0_84a52057424fe237fbb5e63f5adc46c2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
bakı, enerji, forum
Macarıstan Azərbaycandan enerji ehtiyatlarını tədarük etməkdə maraqlıdır
12:13 02.06.2022 (Yenilənib: 12:26 02.06.2022) Macarıstanlı nazirin fikrincə, Azərbaycan qazının Avropanın əsas idxalatçısına çevrilməsi üçün Xəzər regionunun infrastrukturu və potensialı inkişaf etdirilməlidir.
BAKI, 2 iyun — Sputnik. Macarıstan Azərbaycandan enerji ehtiyatlarını tədarük etməkdə maraqlıdır. Bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Bakı Enerji Forumunda deyib.
Nazir bildirib ki, Azərbaycan qazının Avropanın əsas idxalatçısına çevrilməsi üçün Xəzər regionunun infrastrukturu və potensialı inkişaf etdirilməlidir. Enerji qiymətləri, boru kəmərlərinin azlığı müəyyən çətinliklər yaradır.
Azərbaycanda Bakı Enerji Forumu başlayıb
Qeyd edək ki, iyunun 2-də Bakı Konqres Mərkəzində Bakı Enerji Forumu öz işinə başlayıb. Forum Bakı Enerji Həftəsinin ayrılmaz tərkib hissəsidir.
Tədbirdə qlobal enerji perspektivləri, yaşıl enerjiyə keçidin maliyyələşdirilməsi, qaz təchizatı məsələləri, Xəzər regionunda kəşfiyyat və hasilat imkanlarının xəritəsi və bir sıra digər aktual məsələlər müzakirə olunur.
Bu il forumda dünyanın 20 ölkəsindən 400-dən çox nümayəndə iştirak edir. Forumun proqramına 50 məruzəçinin 25-dən çox mövzusu daxildir.
Plenar iclas "Enerji keçid dövründə dəyişən dünyada yeni imkanlar və problemlər" mövzusuna həsr olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.